28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Futzal

“Uşaqlarda istək böyükdür”

Futzal üzrə Azərbaycan milli komandası Qazaxıstanla sabah keçiriləcək oyunun hazırlığını yekunlaşdırıb.

Futbolxeber.az saytının məlumatına görə, dünən Astanaya gedən Azərbaycan futzalçıları bu gün matçın keçiriləcəyi Arenada oyunöncəsi məşqini keçib.

Hazırlıq prosesindən sonra baş məşqçi Vitali Borisov azfutzal.az-a açıqlama verib: “Komandada ümumi olaraq vəziyyət yaxşıdır. Birinci oyundan sonra iclasımız oldu, səhvlərimizi və müsbət məqamları müzakirə etdik, ikinci görüşdə nələri etməli olduğumuzu dedik. Bakıdan dünən axşam saatlarında yola çıxdıq və bu gün oyunun keçiriləcəyi Arenada matçöncəsi məşqimizi reallaşdırdıq. Arena çox yaxşıdır, parket sürətli oynamağı tələb edir. Ümid edirəm ki, sabah bizi maraqlı görüş gözləyir. Şanslar 50-nin 50-yədir. İlk oyunla müqayisədə heyətimizdə bir dəyişiklik var. Sarı vərəqə limitini doldurduğuna görə cəzalı duruma düşən Felipinyonu Amir Sojaei ilə əvəzləmişik. Əhval-ruhiyyəmiz yaxşıdır, hər kəs qarşılaşmaya köklənib. Uşaqlarda istək böyükdür. Müsbət nəticə qazanmaq üçün sanki alışıb-yanırlar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30