28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Futzal

Millimiz Qazaxıstana uduzdu

Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsində Azərbaycan yığması bu gün 3-cü oyununa çıxıb.
 
Futbolxeber.az saytının məlumatına görə, rəqib qrupun hazırkı lideri Qazaxıstan millisi olub. Bakı İdman Sarayında keçirilən görüş Qazaxıstan yığmasının 2:4 hesablı qələbəsi ilə yekunlaşıb.  
 
Gərgin keçən matçda hesab 12-ci dəqiqədə açılıb. Azərbaycan yığmasından Hadi Ahmadi fərqlənib. Fasiləyə komandalar bu hesabla yollanıblar. İkinci hissənin əvvəllərində qonaq komandadan Orozov bərabərliyi bərpa edib. Bundan sonra Qazaxıstan daha 3 qol vurub. Qarşılaşmada son nöqtəni 40-cı dəqiqədə Azərbaycan millisndən heyətində Maneka qoyub. Beləliklə, Azərbaycan yığmaı doğma meydanında rəqibinə 2:4 hesabı ilə məğlub olub. 
 
Qrupda növbəti turun oyunları oktyabrın 11-də keçiriləcək. Həmin gün bu komandalar Astanada üz-üzə gələcəklər.
 
Qrupun digər oyununda Rumıniya final fitinə 17 sayiə qalmış vurduğu qolla 2:1 hesablı qələbə qazanıb.
 
Qeyd edək ki, Azərbaycan yığması bundan əvvəl Rumıniyaya uduzub (1:3), Niderlandı isə məğlub edib (6:1).
 
Turnir cədvəlində Qazaxıstan 9 xalla liderdir. Rumıniya 6 xalla 2-ci, 3 xalı olan Azərbaycan isə 3-cüdür. Aktivinə xal yazdırmağı bacarmayan Niderland sonuncudur.
 
Azərbaycan - Qazaxıstan - 2:4
 
Qollar: Hadi Ahmadi, 11:46, Maneka, 39:55 // Birjan Orozov, 22:25, Duqlas, 26:02, Dauren Tursaqulov, 35:31, Leo, 38:49
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30