28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Futzal

Millimizin üzvü: “Rəqib bunu bağışlamır”

Qazaxıstanla oktyabrın 6-da keçiriləcək oyunun hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisinin üzvü Hadi Ahmadi azfutzal.az-a müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

 

- Komandada atmosfer necədir? Hazırlıqla bağlı nələri qeyd edə bilərsən?

- Yaxşı hazırlaşırıq. Pis cəhət odur ki, əksər oyunçularımız dünən komandaya qoşuldu. Çalışacağıq Niderlandla oyunda qazandığımız qələbənin davamını gətirək və müsbət seriya yaradaq. Qazaxıstanı Bakıda yensək, üstünlük qazanacağıq. Bütün işlərimizi, çalışmalarımızı bunun üzərində qururuq.

- İki ildir Qazaxıstan çempionatında çıxış edirsən. Deməli, rəqib oyunçulara daha yaxşı bələdsən...

- Bəli, ikinci mövsümdür ki, orada çıxış edirəm. Necə oynadıqlarına bələdən. Açığı, rəqibin bizdən elə də ciddi üstünlüyü yoxdur. Əsas məqam kimi, qapıçıdan beşinci oyunçu kimi istifadə etmələrini qeyd edərdim. İqita demək olar oyunun əksər hissəsini meydanın rəqibə aid hissəsində keçirir. Qazaxıstanın oyunu belədə daha yaxşı alınır. Başqa üstünlüklərini deyə bilmərəm. Bərabər səviyyəli iki komandanın dueli olacaq. Birləşsək, yumruq olsaq, istədiyimiz nəticəni qazanacağıq.

- Təhlükəli oyunçular siyahısına kimləri daxil edərdin?

- Duqlası fərqləndirərdim. Çox təhlükəli futzalçıdır. Həm qol vurur, həm də dəqiq ötürmələr edir. Tursaqulov da istənilən komandaya başağrısı yaradacaq futzalçıdır. Edsonu da onların sırasına qatardım.

- Oyunöncəsi şanslar necədir?

- Hər iki komanda qələbə qazana bilər. Əgər öz oyunumuzu oynaya bilsək, toparlansaq, məşqçilərin dediyini meydanda etsək, üstünlük 60-70 faiz bizdə olacaq.

- Rumıniyaya yenildik, Niderlandı məğlub etdik. Bu cür başlanğıc gözlənilən idi?

- Fikirləşirdim ki, hər iki oyunda qələbə qazanacağıq. Yəni bu gün aktivimizdə 3 yox, 6 xal olmalı idi. Rumıniyaya qarşı pis oynamadıq. Mübarizə apardıq. Sadəcə, epizodlarımızı qola çevirə bilmədik, əvəzində səhvlər etdi. Niderlandla matçda isə səhvləri minimuma endirdik. Ona görə də qələbə qazandıq. Bu dəfə də boşluq verməməli, səhv etməməliyik. Rəqib bunu bağışlamır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30