28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Futzal

Millimizin üzvü: “DÇ-nin final mərhələsinə vəsiqə qazanmaq istəyirik”

“Doğma meydanda oynadığımıza görə qələbədən başqa seçim imkanımız yox idi. Azərbaycan millisi azarkeşləri önündə daha yaxşı oynayır”.

Futbolxeber.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin üzvü Qallo azfutzal.az-a açıqlamasında deyib.

DÇ-2024-ün Elit raundu çərçivəsində dünən Bakıda Niderland millisi üzərində qazanılan 6:1 hesablı qələbəni şərh edən Qallo əvvəlki matçla müqayisədə bu dəfə yaxaladıqları şansları daha yaxşı dəyərləndirdiklərini bildirib: “Düzdür, ilk matçdan məğlub döndük. Həmin qarşılaşmada da pis çıxış etməmişdik, sadəcə epizodları realizə edə bilmədik. Bu dəfə əksəriyyətini qol çevirməyi bacardıq. Nəticədə böyükhesablı qələbə qazandıq”.

O, qarşıdakı matçdan da söz açıb: “Növbəti oyunumuz qrup lideri Qazaxıstana qarşı olacaq. Bu komandanın gücü, oyunu haqda danışmaq artıq olar. Amma biz Bakıda fərqli oynayacağıq. Rəqib üçün burada meydana çıxmaq çətin olacaq. Onlar dəfələrlə Avropa və dünya çempionatlarının final mərhələsində oynayıblar. Lakin biz də zəif komanda deyilik. Əlbəttə, prioritet 3 xal qazanmaq olacaq. Çünki DÇ-nin final mərhələsinə vəsiqə qazanmaq istəyirik. Azarkeşlərə təşəkkür edirik, bu gün bizi dəstəklədilər. Onlardan Qazaxıstanla oyunda yenidən zala gəlməyi, dəstək verməyi istəyirik”.

Millimizi üzvü şansları belə dəyərləndirib: “Qrup liderliyinə gəldikdə, şansımız davam edir. Hətta 50-nin 50-yə olduğunu deyə bilərəm. Qazaxıstanı Bakıda yensək, mübarizə yenidən başlayacaq. Sona qədər mübarizə aparacağıq. İndidən liderlikdən əlimizi üzdüyümüzü demək olmaz. Qarşıdakı oyun çox suala aydınlıq gətirəcək”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30