3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

Vitali Borisov: “Qalır verilən tapşırıqları icra etmək” D

DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində sabah ilk oyununa çıxacaq Azərbaycan millisi bu gün matçöncəsi son hazırlığını keçirib.

Futbolxeber.az saytının məlumatına görə, təxminən 1 saat davam edən məşq zamanı taktiki planda çalışan futzalçılar standart vəziyyətlərin icrasına da vaxt ayırıb.

Məşqdən sonra millimizin baş məşqçisi Vitali Borisov azfutzal.az-a komandanın son durumu haqda açıqlama verib:

“Son iki məşqimizi Rumıniyada keçirdik. Çox şükür, heyətimizdə zədəli futzalçı yoxdur. Komandanın durumu yaxşıdır. Oyunçular matça hazırdırlar. Taktiki planda müəyyən çalışmalar yerinə yetirdik. Bu gün videobaxış oldu və rəqiblə bağlı lazımi məlumatları oyunçuların diqqətinə çatdırdıq. Müdafiədə necə oynamalıyıq, pressinq zamanı hansı işləri görməliyik, hücumda nə etməliyik və s. Qalır verilən tapşırıqları icra etmək. Uşaqlara inanıram, onların üzərlərinə düşən işi görəcəklərinə əminəm. Təbii ki, komandanın qarşısına məqsəd qoyulub. Buradan qələbə ilə ayrılmaq, seçmə mərhələyə uğurla başlamaq istəyirik”.

   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31