3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

Millimizin heyəti açıqlandı

Futzal üzrə DÇ-2024-ün elit-raundunda səfərdə Rumıniya və evdə Niderland yığması ilə qarşılaşacaq Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.
 
Futbolxeber.az saytına Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu gün və sabah Bakıda hazırlıq keçəcək oyunçular sentyabrın 13-də Bakı-İstanbul-Buxarest reysi ilə səfərə yollanacaq.
 
İki gün matçın keçiriləcəyi Buzau şəhərindəki Romeo lamadi arenada məşq edəcək komanda qarşılaşmanın ertəsi gün Bakıya dönəcək.
 
Sentyabrın 17-dən 20-dək hazırlığını Bakı İdman Sarayında reallaşdıracaq millinin baş məşqçisi Vitali Borisov təlim-məşq toplanışına bu futzalçıları dəvət edib:
 
Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau” Qazaxıstan)
 
Oyunçular: Xətai Bağırov, Amadeu, İsa Atayev, Felipinyo, Xəzər Ağalızadə, Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe” Qazaxıstan), Amir Şocaei (“Neftçi” İK), Everton Kardoso “Qallo” (“Manzanares” İspaniya), Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA Belçika), Oktay Rüstəmli (“Baku Fire”)
 
Qeyd edək ki, sentyabrın 15-də Rumıniya seçməsinin qonağı olacaq Azərbaycan komandası beş gün sonra Niderlandı qəbul edəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31