4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

Vitali Borisov: "Artıq son oyunu düşünməliyik"

“Maraqlı qarşılaşma izlədik. Bu gün dünənki oyunla müqayisədə komandam daha yaxşı çıxış etdi. Onu da nəzərə alaq ki, Almaniya çempionu Türkiyə çempionu ilə müqayisədə daha güclüdür. Nəticəyə görə komandamı təbrik edirəm".

Futbolxeber.az saytının məlumatına görə, "Araz-Naxçıvan"ın baş məşqçisi  Vitali Borisov futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində  Almaniya çempionu “Jahn Regensburq”a  5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Əlbəttə, bugünkü matçı da analiz edəcəyik, düzəldilməli olan məqamları futzalçılara çatdıracağıq. “Jahn Regensburq”la matçı ayrıca dəyərləndirsək, fasilədən sonra nümayiş etdirdiyimiz oyun daha yaxşı idi. Artıq son oyunu düşünməliyik. Çünki vəsiqənin taleyi 2 gün sonra keçirəcəyimiz oyunda həllini tapacaq”, - deyə o bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31