4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

İsa Atayev: “Hər fürsəti dəyərləndirməliyik”

“İstənilən turnirdə qrupun ilk oyunu çətin keçir. Bu gün böyükhesablı qələbə qazansaq da, bunu hiss etdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Araz-Naxçıvan” klubunun hücumçusu İsa Atayev Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

UEFA Çempionlar Liqasının ilk matçında Türkiyənin “İstanbul Şişli” komandası ilə qarşılaşan təmsilçimiz böyükhesablı qələbə qazanıb. Hesabda üstünlüyün əldə olunmasında pay sahibi olan Atayev dubl edib. O, xüsusilə özünün vurduğu birinci qolla diqqət çəkib. Qapıçının başı üzərindən topu tora qovuşduran hücumçu təəssüratlarını bu cür ifadə edib: “Epizod zamanı çox rahat idim. Soyuqqanlı şəkildə topu qapıçının başı üzərindən atdım. Baxımlı bir qol alındı”.

İsa Atayev bu gün qarşılaşacaqları “Yahn Regensburq” haqda da danışıb: “Almaniya çempionu düşünüldüyü qədər də zəif rəqib deyil. Bu gün onlar da ilk oyununu keçirdilər. Rəqibləri liderliyə iddialı “Riqa” komandası idi. Hesabı açdılar və matçın başa çatmasına 6 dəqiqə qalana qədər üstünlüklərini qorudular. Sonda gücləri çatmadı. Əsasən müdafiəyə diqqət yetirir, əks-hücumlar zamanı qol vurmağa çalışırlar. Əlbəttə, diqqətli olmalı, hər fürsəti dəyərləndirməliyik. Qələbə qazanmaq və hədəfə doğru irəliləmək istəyirik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31