4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

“Araz-Naxçıvan”dan ikinci qələbə

“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupunda ikinci matçını keçirib. Təmsilçimiz Latviyada təşkil olunan görüşdə Almaniya çempionu “Yan Reqensburq” üzərində böyükhesablı qələbə qazanıb. Bununla da Azərbaycan çempionu xallarının sayını 6-ya çatdırıb.

Qrupun digər matçında Türkiyə klubu “İstanbul Şişli” ilə Latviya “Riqa”sı (20:00) üz-üzə gələcəklər.

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupdakı ilk matçında “İstanbul Şişli” üzərində 9:1 hesablı qələbə qazanıb. “Yan Reqensburq” isə “Riqa”ya 1:3 hesabı ilə uduzub.

Azərbaycan çempionu son görüşündə avqustun 26-da yerli “Riqa” ilə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Çempionlar Liqası

İlkin seçmə mərhələ

A qrupu, II tur

24 avqust

“Araz-Naxçıvan” (Azərbaycan) - “Yan Reqensburq” (Almaniya) - 5:0

Qollar: Katatau, 6:37, Erik, 8:07, Xəzər Ağalızadə, 12:59, İsa Atayev, 25:34, Xətai Bağırov, 26:13

Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Pitsola (İtaliya), Arttu Kinaerenen (Finlandiya)

Salaspils. Salaspils İdman Arenası.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31