4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

Polşa - Azərbaycan oyununun məkanı müəyyənləşdi

DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 7-də keçiriləcək Polşa - Azərbaycan oyununun məkanı müəyyənləşib. 

Futbolxeber.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən verdiyi məlumata görə, qarşılaşma Koszalin (Koşalin) şəhərindəki idman zalında keçiriləcək. 

Bu matç 6-cı qrupun sonuncu görüşü olacaq. Oyunun başlama saatı hələ açıqlanmayıb. 

Buna qədər Azərbaycan millisi Bakıda Yunanıstan yığmasını qəbul edəcək. Martın 3-də, saat 20:00-da başlayacaq oyun Bakı İdman Sarayında keçiriləcək.

Əsas mərhələdə 2 oyun keçirmiş millimiz maksimum xalla hazırda turnir cədvəlinə başçılıq edir. Komandamız ötən ilin oktyabrında Bakıda Polşanı 4:3, səfərdə isə Yunanıstanı 7:0 hesabı ilə üstələyib. 

Polşa yığması isə 3 oyun keçirib. Yunanıstan yığmasını hər iki dueldə yenən polşalılar yeganə məğlubiyyəti millimizdən alıb. Polşa - Azərbaycan oyunu qrup qalibini müəyyənləşdirmək baxımından əhəmiyyətli hesab olunur. Həmin dueldə komandamıza heç-heçə də sərf edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31