4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

Millimizin kapitanı: “Bu cür toplanışın təşkili bizim üçün göydəndüşmə oldu”

Təlim-məşq toplanışı davam etdirən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin kapitanı Fərid Abbasov hazırlıq prosesi barədə fikirlərini bölüşüb.

Futbolxeber.az-ın məlumatına görə, Sport24.az xəbər verir ki, o, Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Təxminən 6 gündür toplanışdayıq. Əsasən fiziki planda çalışmalara üstünlük verilir. Bu da bizim üçün çox vacibdir. Çünki çempionat oyunları zamanı bu sahədə axsadığımızı görürdük. Birinci hissədən sonra demək olar, yorulurduq. Belədə də asan qollar buraxır, məğlub olurduq. Fasilə zamanı bu cür toplanışın təşkili bizim üçün göydəndüşmə oldu. Onu da qeyd edim ki, ilk dəfədir ki, belə toplanışa yığışırıq. Məşqçi Cordan Da Silva fiziki yükləmələr verir. A millinin baş məşqçisi Alesio Da Silva da məşqlərdə müəyyən taktiki tapşırıqlar üzərində işlədir. Baş məşqçimiz Ağatahir Əzimov isə hər zaman bizimlədir, indiyə qədər nə öyrənmişiksə, onun zəhmətinin bəhrəsidir.

Toplanış həm də komanda, birlik olmağımız baxımından əhəmiyyətlidir. Komanda yoldaşı olaraq bir-birimizi ancaq məşq və oyun zamanı görürdük. Demək olar, dərindən tanışlığımız yox idi. İndi toplanış zamanı hamımız bir binada məskunlaşmışıq, məşqdən sonra asudə vaxtlarımızda kimin hansı xarakterə, qabiliyyətə malik olduğunu öyrənirik. Yəni bir-birimizi daha yaxından tanımaq imkanımız var.

Avropa çempionatının əsas mərhələsində çətin qrupda yer almışıq. Məncə, Bosniya və Herseqovina Fransadan daha güclü komandadır. Hər ikisinin oyununu ötən ay iştirak etdikləri turnir zamanı gördük. Biz də çalışacağıq qarşıdakı 2 aydan maksimum istifadə edək, yaxşı hazırlaşaq. Yüksək Liqanın oyunları səhvlərimizi düzəltmək baxımından əla fürsətdir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31