4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

"Araz-Naxçıvan"dan 6 yeni transfer

Qış fasiləsinə turnir cədvəlinin zirvəsində yollanan "Araz-Naxçıvan" heyətini gücləndirmək istiqamətində işlər görür.

Futbolxeber.az saytının Azərbaycan Futzal Federiyasının feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, son çempion 6 futzalçı ilə anlaşıb. 

Yayda Belçikanın “Gent Beşiktaş” klubuna keçən Xətai Bağırov və İsa Atayev yenidən “Araz-Naxçıvan”ın düşərgəsinə dönüb. Cari mövsümün ilk iki dövrəsini “Neftçi” İK-da keçirən qapıçı Emin Kürdov da bundan sonra Joze Alesio Da Silvanın rəhbərliyi altında çıxış edəcək. Ötən mövsüm U-19-un formasını geyinən, yayda isə Birinci Liqanın debütantı “Şamaxı”da oynayan Novruz Kazıxanov da “Araz-Naxçıvan”a pənah gətirib.

Milli komandanın üzvü Amadeu son çempionun yeni transferlərindəndir. Braziliyalı Nata Felipe De Moraes qışdan sonra təmsilçimizdə “stolb” kimi çıxış edəcək.

​Qeyd edək ki, “Araz-Naxçıvan” noyabrda Vitao, Vitinyo, Mikael Deon, David Qustavo, Pedro Torres və Sinesio ilə yollarını ayırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31