3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

Joze Alesio: “Yaxşı oynamağa görə xal vermirlər”

UEFA Çempionlar Liqasının 5-ci qrupunda son oyununu keçirən "Araz-Naxçıvan" "Mostar"la matçdan da məğlub ayrılıb.

Futbolxeber.az saytının məlumatına görə, təmsilçimizin baş məşqçisi Joze Alesio Da Silvan oyun haqda azfutzal.az-a bunları deyib:

“Ötən oyundan sonra da demişdim, bu dəfə də həmin fikri səsləndirirəm: oyuna nəzarət bizdə idi. Çox sayda qol epizodu yaratdıq, təəssüf ki, yenə istifadə edə bilmədik. Əlbəttə, yaxşı oynamağa görə xal vermirlər. Ortada qələbə yoxdursa, məğlubiyyətlər varsa, bu, yaxşı hal deyil.

Bu heyəti cəmi 3 aydır yığmışıq. Rəqiblərimiz isə illərdir ki, bir yerdə oynayırlar. İsveç komandasını hamı zəif görürdü, amma elə deyil. Komanda üzvləri iki ildən artıqdır ki, bir yerdə çıxış edir, nəticələr qazanırlar. Serbiya çempionu haqda isə geniş danışmağa dəyməz. Onların nə qədər təcrübəli olduqlarını matçlar da göstərdi, əksəriyyəti ölkəsinin millisində çıxış edirlər. Burada yeni heyətə malik komanda yoxdur. “Mostar” da “Lozniça Qrad” kimidir. 1-2 yeni oyunçu cəlb ediblər, qalanları illərdir ki, buradadır. Yenə deyirəm, komandam sona qədər mübarizə apardı, heç bir rəqibdən çəkinmədi. Ancaq yaxşı nəticə qazanmaq üçün zamana ehtiyacımız var. Komandamın perspektivinə inanıram. İkinci oyundakı epizodlarımızı realizə edə bilsəydik, bu gün meydana başqa atmosferdə çıxacaqdıq. Belə vəziyyətdə komandanı motivasiya etmək də çətin olur. Hakimlər haqda isə danışmaq istəmirəm. Bizim hər hərəkətimizi cərimə kimi qiymətləndirirlər, amma gözlərinin qabağında baş verən aqressiv hərəkətə sarı vərəqə göstərməklə kifayətlənirlər. Halbuki həmin epizod zamanı oyunçumuz daha ciddi zədə ala bilərdi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31