4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

“Onlar heç bir göstəricidə bizdən üstün deyildilər”

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edən “Araz-Naxçıvan”ın müdafiəçisi Katatu azfutzal.az-a açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, braziliyalı oyunçu hər iki oyuna zədəli çıxdığı bildirib:

“Oyun bizim nəzarətimizdə keçdi, amma bu üstünlüyü nəticəyə çevirə bilmədik. Rəqib isə bizi əks-hücumlarda yaxaladı, səhvlərimizdən istifadə etdi və qollar vurdu. Halbuki qol vurmaq üçün şansımız daha çox idi, amma cəmi birini realizə etdik.

Hər iki oyunu zədəli keçirdim. Həkimin köməyi ilə meydana çıxdım, bacardığım qədər komandama kömək etməyə çalışdım. Düzdür, səhvlərim də oldu. Amma bu vəziyyətdə oynamaq da asan deyildi. Məğlub olduğumuz rəqiblərin heç biri oyun keyfiyyətinə görə bizdən üstün deyildi. Sadəcə, səhvlərimizi bağışlamadılar. Biz isə əksinə, özümüzün çətinliklə yaratdığımız epizodlar boşa verdik. Rəqiblərimiz nə oyun, nə də taktiki-texniki planda bizi qabaqlayırlar. Bəsit qollar buraxdıq, sonra da geridönüş edə bilmədik. Epizodlar realizə edə bilmədikcə, komandada gərginlik, stress yarandı, bu da işimizi çətinləşdirdi.

“Mostar”la oyunun nəticəsindən asılı olmayaraq, növbəti mərhələyə yüksəlmək şansımız qalmayıb. Amma biz komandanın adına, kollektivimizə, təmsil etdiyimiz ölkəyə görə sona qədər mübarizə aparacağıq. Qazanılacaq qələbə reytinq xalları gətirəcək. Turnir cədvəli baxımından hər şey bizim üçün bitmiş olsa da, bu sadaladıqlarım üçün özümüzü oyuna motivasiya edəcəyik”. 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31