4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

"Təcrübəsizlikdən qaynaqlanan səhvlər etdim"

Futzal üzrə UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən "Araz-Naxçıvan" bu gün Serbiya çempioni "Loznika Qrad"a 1:2 hesabı ilə uduzub.

Futbolxeber.az saytının məlumatına görə, "Araz-Naxçıvan"ın heyətində bu matçda ilk dəqiqədən qapını Cavad Məmmədov qoruyub.

Gənc qolkiper qarşılaşmadan sonra fikirlərini azfutzal.az-a açıqlayıb: "Uşaqlıq arzularımdan biri Çempionlar Liqasında iştirak etmək idi. Bu gün klubumla ilk beynəlxalq oyuna çıxdım. Üzücü məqam komandanın məğlub olmasıdır. Biz bura mərhələ adlamaq, elit-raunda yüksəlmək üçün gəlmişdik. Buraxılan qollardan ikisində səhvə yol verdim. Xüsusilə də ikinci qolu qeyd edərdim. Çox çalışdım, amma təcrübəsizlikdən qaynaqlanan səhvlər etdim. Üçüncü qolda bəxtsizlikdən top ayağıma dəydi. Mübarizəni dayandırdığımıza görə, üzgünəm. Üç ay idi hazırlaşırdıq, təəssüf ki, məqsədimizə çata bilmədik.

Çempionlar Liqasında ilk matçımın həyəcansız keçdiyini deyə bilmərəm. Tədricən təcrübə topladıqca həyəcan da olmayacaq. Bu halı "Neftçi"də oynayan vaxtlarda da yaşamışam. Hər dəfə "Araz-Naxçıvan", "Bakü Fire" kimi rəqiblərə qarşı oynayanda oyunun məsuliyyətindən irəli gələn həyəcan yaşayırdım. Qrupda son matcımız təşkilatçı ölkənin çempionuna qarşı olacaq. Reytinq xalları qazanmaq üçün "Mostar"la görüşdən qalib ayrılmağa çalışacağıq".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31