3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

Beş illik seriyaya son qoymaq ümidi ilə…

UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq “Araz-Naxçıvan”ın qarşısına növbəti mərhələyə vəsiqə qazanmaq tapşırığı qoyulub.

Futbolxeber.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən verdiyi məlumata görə, təmsilçimiz bu yolda oktyabrın 26-da, 27-də və 29-da ardıcıl olaraq “Orebro” (İsveç), “Loznika Qrad” (Serbiya) və Mostar (Bosniya və Herseqovina) klubları ilə üz-üzə gələcək. 5-ci qrupdan ancaq birinci pillənin sahibi olan komanda elit-raunda yüksələcək.

İndiyə qədər 13 dəfə əsas mərhələdə iştirak edən təmsilçimiz 9 dəfə elit-raunda yüksəlməyi bacarıb. İlk dəfə 2006/07-ci il mövsümündə bu tapşırığın öhdəsindən gələn “Araz-Naxçıvan” 2016/17-ci il mövsümündən sonra elit-raundda oynamayıb. Baş məşqçi Miltinyonun rəhbərliyi altında Makedoniyada keçirilmiş əsas mərhələ matçlarında maksimum xal toplayan komandamız elit-raundda uğursuz çıxış etmişdi.

Ümumilikdə isə “Araz-Naxçıvan” qitənin ən nüfuzlu klub turnirində 2 dəfə “Dördlər Finalı”nda iştirak edib və hər ikisində bürünc medal qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31