4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

Joze Alesio: “İlk 3 qolu rəqib vurmadı, biz hədiyyə etdik”

Azərbaycan futzal millisinin baş məşqçisi Joze Alesio Da Silva dünya çempionatının əsas seçmə mərhələsində ilk oyunlarında Polşaya 4:3 hesabı ilə qalib gəlmələri barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, braziliyalı mütəxəssis rəqibin heç də zəif olmadığını bildirib:

“Hazırlaşmaq üçün vaxtımız az oldu. Ancaq dünən tam heyətlə məşq etdik. Məşqdə planlaşdırdığımızı həyata keçirə bildik. Səhvlərimiz oldu. İlk 3 qolu rəqib vurmadı, biz hədiyyə etdik. İstənilən halda, komandamı təbrik edirəm. Sona qədər intizama əməl etdilər. Polşa millisi güclü komandadır. 6-7 ildir, bu heyət bir yerdə çıxış edir. Polşa yığması fiziki və taktiki planda hazırlıqlı komandadır. Rəqib sona 5 dəqiqə qalmış 5 foul limitini doldursa da, biz 10 metrlik cərimə zərbəsi vurmaq üçün əlavə foul qazana bilmədik. Belə məqamlarda Felipinyo daha uyğun oyuncudur. Çünki o, driblinqlər etməyi xoşlayır və belədə rəqib ona qarşı kobud oynayır. Təəsüf ki, bu gün o cəzalı olduğuna görə meydan çıxmadı. Fineo isə bu baxımdan işini görə bilmədi, imkan vermədilər”.

Çalışdırıcı Yunanıstanla qarşıdakı oyun barədə də fikirlərini bölüşüb: "Qarşıda Yunanıstanla səfər oyunumuz var. Bu matçdan da 3 xal qazanmaq istəyirik. Bu iki görüşü maksimum nəticə ilə başa vursaq, gələn il dogma meydanda Yunanıstanı təkrar qəbul edəcəyik. Həmin dueldən də 3 xal qazanıb, aktivimizdəki xalların sayını 9-a çatdırmaq haqda düşünürük. Ümumiyyətlə, mərhələni qrup lideri kimi başa vurmaq istəyirik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31