2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Futzal

Zaur Axundov: "Futboldan küsməmişəm" (MÜSAHİBƏ)

Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundovun Futbolxeber.az saytına müsahibəsi.

- Uzun fasilədən sonra sizi yenidən stadionda, "Sumqayıt" - "Şamaxı" oyununda görmək bir qədər təəccüblü oldu. 

- Niyə? (gülür)

- Çünki "Keşlə" artıq "Şamaxı"dı və siz də klubdan ayrılmısız. 

- O, bir tarix idi, bitdi. Həmin səhifələri artıq başa vurmuşuq. Mən AFFA İcraiyyə Komitəsinin üzvüyəm. Ona görə də oyunlara getməyim də normal haldı. 

- "Şamaxı" ilə "Keşlə"ni müqayisə etmək olar?

- İki komanda arasında fərq çoxdu. "Şamaxı"da gənclərə üstünlük verilib. Təbii ki, onlara da vaxt lazımdı. Təcrübələri olmasa da, meydanda qaçırlar, mübarizə aparırlar. Bəziləri vaxtı ilə bizdə əvəzedici heyətdə oynamış uşaqlardı. Hiss olunur ki, güc var, istək var. Üzərlərində peşəkar məşqçi işləməlidir ki, tez bir zamanda daha da püxtələşsinlər.

- Son zamanlar mətbuatda "Şamaxı" ilə aranızda narazılıqlar yarandığı və bu səbəbdən də futboldan küsdüyünüz deyilirdi. Həqiqətmi Zaur Axundov futboldan küsüb?

- Belə bir şey yoxdu. Heç bir narazılıq baş verməyib. Futboldan küsməmişəm. Futboldan küssəydim, bu gün stadiona da gəlməzdim. Heç futzalda da qalmazdım. Minimum 2024-cü ilə kimi AFFA İcraiyyə Komitəsinin üzvüyəm.

- Gələcəkdə təklif olsa, sizi yenidən hansısa futbol klubunda rəhbər vəzifədə görə bilərik?

- Hələlik bütün diqqətimizi futzala yönəltmişik. Etiraf edim ki, 5 il ərzində "İnter"də, "Keşlə"də olanda bir az futzal diqqətdən kənarda qaldı. Düzdür, bir gözüm orada idi, maraqlanırdım. Amma fikirləşirəm ki, "Araz Naxçıvan"a da, milliyə də diqqət bir az oldu. Bu da nəticələrdə öz sözünü dedi, milli və "Araz Naxçıvan" bir qədər gerilədi. Hazırda məqsəd yenidən Azərbaycan futzalını yüksək səviyyəyə qaldırmaqdı. 

- Futzaldan söz düşmüşkən, "Araz Naxçıvan"ın vitse-prezidenti Mahmud Sadıqov mətbuata açıqlamasında demişdi ki, bu il komandanın qarşısına qoyulan məqsəd minimum UEFA Çempionlar Liqasında "4-lər"finalında oynamaqdı. 

- Bəli, elədir. Bundan ötrü "Araz Naxçıvan" da güclənib. Yaxşı transferlər reallaşdırmışıq. Güclü legionerlər dəvət olunub komandaya. Məqsəd məhz yenidən "4-lər" finalına vəsiqə qazanmaqdı. 

- Yay fasiləsində "Araz Naxçıvan"a 7 legioner dəvət olundu. Bu, qarşıya qoyulan məqsədə çatmaq üçün kifayət edəcək?

- Düşünürəm ki, bəli. Düzdür, yeni transferlərin əksəriyyəti gənclərdi. 21, 22, 23 yaşları var. Amma komandaya fayda verəcəklərinə əminəm. Düzdür, bir qədər gec yığışmışıq. Komanda avqustdan hazırlığa başlayıb. Ona görə də bir qədər vaxt lazımdı komandaya. 

- "Araz Naxçıvan"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri də məlumdu - Bosniya və Herseqovinanın “Mostar”, İsveçin “Orebro” və Serbiyanın “Loznika Qrad” klubları. Şansları necə dəyərləndirirsiz?

- Rəqiblər heç də zəif deyillər. Ümumiyyətlə, futzalda artıq zəif komanda yoxdu. Ona görə də ciddi hazırlaşıb, bu mərhələni mütləq keçməliyik. Bu qrupu birinci yerdə bitirməliyik. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31