2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Futzal

Joze Alesio: “Zəif rəqib, asan oyun olmur”

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” 5-ci qrupda Bosniya və Herseqovinanın “Mostar”, İsveçin “Orebro” və Serbiyanın “Loznika Qrad” komandaları ilə qarşılaşacaq. 

Futbolxeber.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən verdiyi məlumata görə, növbəti mərhələyə vəsiqə qazanmaq niyyətində olan "Araz-Naxçıvan"ın baş məşqçisi Joze Alesio Da Silva rəqibləri dəyərləndirib:

“Ümumi götürdükdə ciddi sürpriz olmadı. Düzdür, F qrupundan Gürcüstan çempionunun vəsiqə qazanacağını düşünürdük, amma İsveç çempionu rəqibimiz oldu. Onlar da güclü komandadır, heyətlərində 4 braziliyalı futzalçı yer alıb. Serbiya təmsilçisinin vəsiqə qazanacağını proqnozlaşdırmışdıq. Hər zaman deyirəm ki, zəif rəqib, asan oyun olmur. Bütün komandalar iddialıdır, özləri üçün maksimumu hədəfləyirlər".

O, rəqiblərdən “Loznika Qrad”ın oyununu izlədiyini vurğulayıb: "Onlar “Minerva” ilə görüşdə üstünlük qazandılar. Hansı ki, İsveçrə çempionunun heyətində 7 portuqaliyalı, 2 braziliyalı legioner yer alırdı. Təcrübəli serblər onları də məğlub etməklə itkisiz qrup qalibi oldular. “Orebro”nun da yer aldığı F qrupunun da bəzi görüşlərini izlədim. “Mostar” isə illərdir Çempionlar Liqasında iştirak edir, təcrübəli, oturuşmuş komandadır. Yenə deyirəm, heç bir görüşümüz asan olmayacaq. Onu da deyim ki, ilkin mərhələdə oynayan komandalar hazırkı məqamda daha hazırlıqlıdırlar. Çünki onlar rəsmi matçlarda iştirak ediblər.

“Araz-Naxçıvan”a gəldikdə, avqustun 10-dan məşqlərə başlamışıq. Üç həftə ərzində daha çox fiziki hazırlığa yer ayırmışıq, hazırda isə taktiki planda çalışırıq. Demək olar, yeni komanda qurmuşuq. Əvvəlki heyətimizdə yer alan əsas oyunçularımızdan Ramiz Çovdarovla Rövşən Hüseynli qalıb, qalan futzalçılarımız yeni dəvət olunanlardır. Fərqli "Araz-Naxçıvan" görəcəksiniz. Fiziki hazırlıq üzrə məşqçimiz də bizə çox kömək edir. O, həm də qapıçılarla işləyir.

Bilirik ki, yer aldığımız qrupdan ancaq bir komanda elit-raunda vəsiqə qazanır. Ona görə ciddi hazırlaşırıq, məsuliyyətimizi anlayırıq. Rəhbərlik komandanın qarşısına növbəti mərhələyə vəsiqə qazanmaq tapşırığı qoyulub”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31