3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

İsveç çempionu “Araz-Naxçıvan”ın daha bir rəqibi müəyyənləşdi

UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan”ın mübarizə aparacağı 5-ci qrupda yer alacaq komandalardan daha biri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, ilkin seçmə mərhələdə F qrupunun qalibi olan “Orebro” bu hüququ qazanıb. 

İsveç çempionu ilk oyunda Gürcüstanın “Georgians” klubunu 5:3, növbəti dueldə isə Türkiyənin “İstanbul Şişli” komandasını 10:3 hesabı ilə yenib. Son oyunda Almaniya çempionu “Stutqartı” 2:1 hesabı ilə üstələyən İsveç çempionu əsas mərhələyə yüksəlib.

Əsas mərhələdə “Araz-Naxçıvan” Bosniya və Herseqovinanın “Mostar”, eləcə də İsveçin “Orebro” komandası ilə qarşılaşacaq. Daha bir rəqib isə sabahkı oyunlardan sonra müəyyənləşəcək. D qrupunun qalibi bu hüququ əldə edəcək. Turnir cədvəlində ikihakimiyyətlilikdir. Belə ki, “Minerva” (İsveçrə) və “Loznika Qrad” (Serbiya) hər iki oyundan maksimum xalla ayrılıb. Qalibin adı sabah bu komandalar arasında keçiriləcək görüşdə müəyyənləşəcək. Serbiya təmsilçisinə heç-heçə də sərf edəcək.

Qeyd edək ki, bu qrupun oyunları 25-30 oktyabr tarixlərində Bosniya və Herseqovinada keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31