3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

Zaur Axundov: “Növbəti mundialın iştirakçısı olması üçün millimizə lazımi şərait yaradılacaq”

Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib. 

Futbolxeber.az saytının məlumatın görə, federasiyanın prezidenti Zaur Axundovun rəhbərliyi ilə keçirilən iclasda ötən mövsümlə bağlı (həm liqalar, həm də milli komanda) hesabatlar dinlənilib. 

Zaur Axundov AFFA rəhbərliyinin bu sahənin inkişafı üçün federasiyaya böyük dəstək verdiyini qeyd edib, milli komandanın 2024-cü ildə keçiriləcək dünya çempionatı ilə bağlı hədəfini açıqlayıb. 

Qeyd edilib ki, dünya çempionatının final mərhələsinə ilk dəfə 2016-cı ildə vəsiqə qazanan və yekunda 5-ci pilləni tutan millimizin növbəti mundialın iştirakçısı olması üçün də lazımi şərait yaradılacaq. Strategiyanın saxlanılması şərtilə gənc futzalçıların əsas milliyə dəvət edilməsi üçün də işlərin görüləcəyi vurğulanıb. Başa çatmış futzal mövsümü haqda müzakirələr aparıldıqdan sonra, tez bir zamanda yeni mövsümün əsasnaməsinin hazırlanması, iştirakçı komandaların sayının dəqiqləşdirilməsi ilə bağlı tapşırıq verib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31