3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

Millimizin üzvü: “Bizim üçün hər bir görüş finala bərabər olacaq”

Azərbaycan millisinin müdafiəçisi Eduardo Borges dünya çempionatının əsas mərhələsindəki rəqiblərimiz haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib:

“Həmişəki kimi, bizi gərgin mübarizə gözləyir. Çətin olacaq. Polşaya qarşı oynamamışam. Onların gücü haqda bir söz deyə bilmərəm. Amma onlarla müqayisədə Yunanıstan nisbətən zəifdir. Əlbəttə, hər oyunun öz məsuliyyəti, gedişatı var. Bizim üçün hər bir görüş finala bərabər olacaq. Komandanın hər zamankı kimi bir məqsədi var: əsas mərhələni birinci pillədə başa vurmaq və elit-raunda yüksəlmək. Başqa yolumuz da yoxdur. Növbəti mərhələ haqda isə işimizin öhdəsindən gəldikdən və oradakı rəqiblərimiz müəyyənləşdikdən sonra danışmaq olar. İstəyirik yenidən dünya çempionatının final mərhələsinə yüksələk. Bacarmaq üçün əlimizdən gələni edəcəyik. İşimiz çoxdur, yaxşı hazırlıq keçməliyik”.

Qeryd edək ki, iyulun 7-də keçirilmiş püşkatmanın nəticəsinə uyğun olaraq Azərbaycan millisi 6-cı qrupda Polşa və Yunanıstanla qarşılaşacaq. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri elit-raunda birbaşa vəsiqə qazanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31