3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Futzal

Alesio: “Daha güclü qrupa düşə bilərdik”

“Slovakiyanın yaxşı futzal ənənələri var. Təxminən 3 il əvvəl Azərbaycan millisi bu komandaya qarşı oynayıb. Avropa çempionatının play-off mərhələsi çərçivəsində keçirilən qarşılaşmalar kifayət qədər çətin alınmışdı. 3:1 hesablı qələbə qazanılan oyunu televiziya vasitəsilə izləmişdim. Ancaq bu dəfə fərqli qarşılaşma olacaq. Çünki son 3-4 ildə onlar xeyli inkişaf ediblər. Müxtəlif turnirlərdə, rəsmi oyunlarda iştirak etməklə kifayət qədər təcrübə toplayıblar. Əlbəttə, çətin rəqibdir. Ancaq müqayisə aparsaq daha güclü qrupa düşə bilərdik".

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, bu sözləri baş məşqçisi Joze Alesio da Silva final mərhələsi 2020-ci ildə Litvada təşkil ediləcək futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

"İlkin mərhələnin H qrupundan Finlandiyanın əsas mərhələyə yüksələcəyini gözləyirəm. G qrupuna gəldikdə, yəqin ki, Niderland birinci yeri tutacaq. Estoniya və ya Bolqarıstanın ikini yeri tutacağı realdır.

Qrup oyunlarını Bakıda keçirəcəyik. Bunun üstünlükləri var. Azarkeş üstünlüyünə malik olacağıq, eyni zamanda, bələd olduğumuz, hər gün məşq keçdiyimiz məkanda oyunlarımızı keçirəcəyik. Hansısa ölkəyə səfər etməyəcəyik və komandada yol yorğunluğu olmayacaq” - deyə o bildirib.

Qeyd edək ki, 3-cü qrupda yer alan millimiz  Slovakiya, həmçinin ilkin mərhələnin H qrupunun qalibi və G qrupunun ikincisi ilə mübarizə aparacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31