8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

“Atletiko”nun heyətində 5 azərbaycanlı meydana çıxdı

Madriddə təlim-məşq toplantısını davam etdirən “Bakı”nın U-14 komandası səhər məşqindən sonra İspaniya U-15 liqasının “Atletiko” (Madird) - “Real” (Palomeras) qarşılşamasını izləməyə yollanıb.

Bu oyun bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Belə ki,  “Atletiko”nu heyətində İspaniyada uzunmüddətli təlim keçən 5 futbolçumuz yer alacaqdı.

Cavid Mikayıllı, Rahil Əliyev, Qəlbinur Adıgözəlli və Asim Abdullazadə start heyyətində yer aldılar və kifayət qədər inamlı təsir bağışladılar. Ümumiyyətlə, oyun “Atletiko”nu böyük üstünlüyü şəraitində keçdi və onlar rəqib qapılarından 19 cavabsız top keçiriblər.

İkinci hissədə Ruslan Süleymanov da oyunua qoşulub və meydandakı azərbaycanlı futbolçuların sayı beşə çatıb. Onu da qeyd edək ki, yeniyetmə futolçularımız bu qələbədə önəmli pay sahibi olublar. Qəlbinur Adıgözəlli 5, Ruslan Süleymanov isə 2 dəfə fərqləniblər.

“Bakı”nın U-14 komandasının üzvləri bu qarşılaşmanı tribunadan izləyiblər və sonadək “Atletiko”lu futbolçularımızı dəstəkləyiblər.


fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31