Ölkə futbolu
Kurban Berdıyevdən sərt şillə
Son günlər Azərbaycan futbolunun gələcəyini düşünənlər həyəcan təbili çalırlar. Legioner limitinin ləğvi onsuz da bərbad gündə olan futbolumuzu uçuruma aparacaq. Gəl ki, kimlərsə şəxsi maraqları naminə ölkə futbolunu qurban verməyə çalışırlar. “Sabah” “Qarabağ”ı üstələyib çempion olsun deyə limit ləğv olunmalıdır” düşüncəsi ilə hərəkət edənləri bu gün başqa heç nə maraqlandırmır. Onların vecinə də deyil ki, bu gün maksimum potensial 30-40 üzvü olan Azərbaycan milli komandasında sabah oynamağa futbolçu tapılmayacaq. Bir futbolçu klubunda gününü ehtiyat oyunçular skamyasında keçirəcəksə, sabah milliyə hansı faydanı verə bilər? Neçə gündür bu barədə deyirik, yazırıq. Bəzi mütəxəssislər də, veteran, eləcə də hazırkı futbolçular da limitin ləğvinə haqlı olaraq qarşı çıxırlar, etiraz edirlər.

Dünən bu sıraya “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev də qoşuldu. Təcrübəli mütəxəssisin limitin ləğvi ilə bağlı açıqlamarını bu qərarın tərəfdarlarına sərt şillə də adlandırmaq olar: “Tutaq ki, ancaq 11 legioner oynayacaqsa, onda bizim akademiyalar nə işə yarayır? Onda bizim uşaqlar, indi oynayan azərbaycanlı futbolçular harada çıxış edəcəklər? Bu məsələni müzakirə edərkən ilk növbədə Azərbaycan milli komandasının strateji xəttini, ölkənin nüfuzunu əsas götürmək lazımdır. Yenə də təkrarlayıram, belə məsələni qaldıran insanlar bu barədə düşünürlərmi?”
Xeyr, Kurban bəy, düşünürmürlər. Onları yalnız şəxsi maraqları düşündürür. Yetər ki, “Sabah” çempion olsun, vəssəlam. Azərbaycan milli komandası D yox, lap Z Liqasına yuvarlansın, veclərinə də deyil.
Berdiyevdən başqa bir sitat: “Uşaq və yeniyetmə milli komandalarının strateji inkişafı nəzərə alınmırsa, onda ölkə futbolunun nüfuzu olmayacaq. Məncə, biz anlamalıyıq ki, bu qərar sadəcə olaraq uşaq və yeniyetmə futbolunu öldürəcək”.
Öldürsün də, Kurban bəy, guya İcraiyyə Komitəsinin bəzi üzvlərinin bu, vecinədir? Əlbəttə ki, yox. Onları yalnız şəxsi mənafeləri maraqlandırır. Nə yolla olur-olsun, “Sabah” çempion olmalıdır, vəssəlam.
![]()
Bir də onu əlavə edək ki, kim deyir ki, limit ləğv olunsa, azərbaycanlı futbolçular gedib xaricdə oynayacaqlar, inkişaf edəcəklər və s. – bunlar yalnız absurd qərara don geyindirməkdir. Bu gün məsələn, Amin Seydiyev hara gedəcək? Maksimum Türkiyənin birinci liqasına. Hansı ki, orda bu gün millinin əsas üzvü sayılan Ramil Şeydayev özünü göstərə bilmədi. Yığmamızın digər qol ümidi Renat Dadaşov mövsüm başlayandan “Ankaragücü”nün heyətində 12 matça çıxıb ki, onlardan da cəmi 5-də 90 dəqiqə meydanda olub.
Odur ki, özümüzü yalandan aldatmayaq. İndi 2002-ci il deyil. Limitin ləğvi ilə heç kim heç yana gedən deyil. 3-5 nəfər legioner həyatı yaşayacaq, ya yaşamayacaq, vəssəlam. Digərlərinin yeri olacaq I, II Liqa...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- “Cəbrayıl”ın yeni transferi Şamaxıda debüt etdi
- “Səbail” daha bir futbolçusu ilə yollarını ayırdı - ÖZƏL
- Fariz Nəcəfov: “Komandanın yaxşı oynadığını görürdük, amma nəticə əldə edə bilmirdik”
- Nigar Mirzəliyeva Bundesliqada debüt etdi
- “Liverpul” “Qarabağ”la oyundan öncə məğlub oldu
- "Şəki" sabiq basketbolçusunu geri qaytarıb
- Bədavi Hüseynov – gənclər üçün əsl nümunə!
- “Avrokuboklara vəsiqə qazanmaq istəyən komanda “İmişli”yə qalib gəlməlidir”
- "Qarabağ" - "Kəpəz" : Heyətlər müəyyənləşdi
- Kadi qayıdışını “Futbolxeber”ə şərh etdi: “Liverpul”a yalnız biz 0:6 hesabı ilə uduzmamışıq”
- Millimizin üzvü Bundesliqa klubunda
- Rüfət Abdullazadə: “Vətənə qayıdışı geriyə atılmış addım hesab etmirəm”
- “Turan Tovuz” “Aston Villa”nın yetirməsini transfer etdi
- Millimizin üzvü: "Danimarkaya vurduğum qolu dünyasını dəyişmiş atama həsr edirəm"
-
13:52
Tiaqo Silva: “Turan Tovuz” daha aqressiv və istəkli idi”
-
13:39
"Atletiko"dan 4 qollu qələbə VİDEO
-
13:23
Cenk Sümer: “Banişevskinin xatirəsini yaşatmaq hər bir “Neftçi”sevərin borcudur”
-
13:11
"Mançester Siti" "Nyukasl"ı məğılub etdi VİDEO
-
13:00
“Neftçi” Banişevskinin məzarı önündə FOTOLENT
-
12:47
"İnter"dən ardıcıl 7-ci qələbə VİDEO
-
12:38
Berdıyevdən mini master-klass
-
12:14
PSJ 3 xalı 3 qolla qazandı VİDEO
-
11:56
Millimizin üzvü üçün 56 dəqiqə
-
11:45
"Real" "Osasuna"ya uduzdu VİDEO
-
11:22
Ronaldo 964-ə çatdı, qolunu ərəb milli geyimində qeyd etdi
-
11:09
"Çelsi" sonda qələbəni əldən verdi VİDEO
-
10:53
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:31
"Bavariya" - "Ayntraxt" matçında 5 qol VİDEO
-
10:17
Abubakar azarkeşlərin suallarını cavablandırdı: “Azərbaycanda hakimlər dəyişməlidir”
-
10:00
"Qalatasaray"dan gözlənilməz məğlubiyyət VİDEO
-
21:23
Abubakar dubl etdi, "ağlar" qalib gəldi
-
18:57
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
18:11
Füzuli Məmmədov: "Rəqibə keyfiyyət baxımından uduzduq"
-
17:45
Felipe Santosun dublu "Araz-Naxçıvan"a qələbə qazandırdı VİDEO
-
17:00
Andrey Demçenkodan qələbə şərhi
-
16:23
"Araz-Naxçıvan”dan qələbə
-
15:59
Millimizin seçmə mərhələ oyunları üçün heyəti açıqlandı
-
14:28
UEFA “Qarabağ”ı cəzalandırdı
-
13:32
"Karvan-Yevlax" - "Araz-Naxçıvan" - Heyətlər açıqlandı
-
12:44
“Berdıyevin necə güclü məşqçi olduğunu hələ Rusiyada çıxış edərkən bilirdim”
-
11:56
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb
-
11:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:45
“Zirə”nin yeni transferi: “Həyati təhlükəm olduğu üçün oradan ayrıldım”
-
10:23
Olimpiada: Bu gün 8 növdə yarışlar keçiriləcək
-
10:00
Dadaşov oynadı, komandası qələbə qazandı
-
23:34
“Sumqayıt”dan xal itkisi VİDEO
-
23:08
Saşa İliç 1 xalı qənaətbəxş sayır
-
21:25
"Turan Tovuz" üçüncü pilləyə yüksəldi, Sumqayıtda qalib aşkarlanmadı
-
20:59
Azərbaycan çempionatında final partiyaları oynanılıb
-
20:43
"Turan Tovuz"dan vacib qələbə VİDEO
-
20:02
Kurban Berdiyevdən qələbə şərhi
-
19:17
“Komandada çaşqınlıq var idi”
-
18:31
Azərbaycan kuboku: 1/4 finalın cavab oyunlarının vaxtı açıqlandı
-
17:58
"İnter"dən UEFA-ya şikayət
-
17:14
FİFA Qəzzada futbol layihələrinə yatırım edəcək
-
16:46
Millimiz Özbəkistana da uduzdu
-
16:23
Kanoe və Avarçəkmə Federasiyasının adı dəyişdirilib
-
16:00
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:35
Kanoe və Avarçəkmə Federasiyasının adı dəyişdirilib
-
15:19
Azərbaycan klubunda 27 yaşlı baş məşqçi
-
14:52
AFFA Ramiz Məmmədovu 4 oyunluq cəzalandırdı
-
14:27
Azərbaycan velosipedçiləri Türkiyədə beynəlxalq yarışda iştirak edəcəklər
-
13:41
13 il, 80-ci qol
-
13:00
Boksçularımız ilin ilk beynəlxalq sınağına Sofiyada çıxacaqlar
22.02.2026
21.02.2026
20.02.2026























