5 Noyabr 2025, Çərşənbə
Ayın qolunun qalibi mükafatlandırıldı
"3 xala çox ehtiyacımız var”
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı

Ölkə futbolu

"Azərbaycan millisi ilə oyunda qələbə gözləyirəm"

"Azərbaycan millisi ilə oyunda futbolçularımdan qələbə gözləyirəm. Komandamızın oyun keyfiyyətinin birinci plana keçməsini, taktiki baxımdan intizamlı olmasını istəyirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Serbiyanın U-21 millisinin baş məşqçisi Lyubinko Druloviç bildirib. O, Serbiya Futbol Federesiyasının mətbuat xidmətinə açıqlamasında bu gün Avropa çempionatının seçmə mərhələsində Azərbaycan U-21 millisi ilə Bakıda keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

Druloviçin sözlərinə görə, Azərbaycan millisi istisnasız olaraq müdafiədə oynayan, amma hücumda da yaxşı futbolçuları olan komandadır: "Uzun məsafə və Bakının istisi səbəbindən uyğunlaşmaya vaxt getdi. Amma mən əminəm ki, meydanda yaxşı oyun sərgiləyəcəyik".

Qeyd edək ki, Azərbaycan və Serbiya U-21 milli komandaları arasında görüş bu gün saat 19:00-da başlanacaq. Oyun "Dalğa Arena"da təşkil ediləcək.

Hazırda Azərbaycan millisi 7 oyundan 3 xalla qrupda sonuncu, Serbiya isə 8 matçdan 10 xalla 3-cü yeri tutur. Hər iki komanda qrupdan çıxmaq şansını itirib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30