Ölkə futbolu
Azərbaycan futbolunu dildə yox, əməldə düşünmək
Qarşıdakı mövsümdə yenidən II Liqada yarışacaq “Dinamo” Azərbaycan futbolunun təkcə bugününü deyil, gələcəyini də düşünür. Əslində, bu iddia ilə əksər klublar çıxış edir. Amma bir var bunu sözdə demək, bir də var əməldə isbatlamaq. Necə ki, “Dinamo” belə edir.
II Liqada yarışmasına və sponsorsuz olmasına baxmayaraq, “Dinamo” uşaq futboluna böyük diqqət ayırır. Belə ki, yeni mövsümdə paytaxt klubu təkcə II Liqada deyil, eləcə də U-19, U-17, U-16 və U-15 Liqasında da mübarizə aparacaq. Artıq “Dinamo”nun 19, 17, 16 və 15 yaşlılardan ibarət komandaları formalaşdırılıb və kollektivlər çempionata hazırdırlar. Bu baxımdan “Dinamo” aşağı liqada istisna təşkil edir. Çünki istər I, istərsə də II Liqa klubları arasında bu qədər aşağı yaş qrupu olan iştirakçı yoxdur.
“Dinamo”nun işə peşəkar yanaşması heç də səbəbsiz deyil. Klubun İdarə Heyətinin sədri uzun illər Azərbaycan futbolunda rəhbər şəxslərdən olmuş, iki dəfə AFFA İcraiyyə Komitəsinin üzvü seçilmiş Yaşar Seyidovdur. Məhz Seyidovun futbol adamı olması “Dinamo”nun fəaliyyətində də özünü göstərir.
Seyidov “Dinamo” ilə yanaşı, “İsgəndər Cavadov adına Bakı Futbol Akademiyası”na da rəhbərlik edir. Bu akademiyanın da 4 komandası aşağı yaş qrupu üzrə ölkə çempionatlarında çıxış edəcək. Söhbət U-10, U-12, U-13 və U-14 liqalarından gedir. Daha bir kollektiv isə Region Liqasına qoşulacaq.
“Dinamo”nun əsas komandasını da nəzərə alsaq, deməli, 10 komanda müxtəlif turnirlərə qatılacaq. Bu göstəriciyə isə nəinki I və II Liqa, hətta bəzi Premyer Liqa klubları da həsəd apara bilər. Bəzi özünə peşəkar deyən klubların əvəzedici liqanın ləğvini arzuladığı məqamda “Dinamo”nun uşaq futboluna bu qədər diqqət ayırması təqdirəlayiqdir. Bir daha qeyd edək ki, bütün bu işləri “Dinamo” rəhbərliyi heç bir sponsor olmadan, məhdud büdcə ilə görür. Kluba himayətdarlıq edən olsa, görüləcək işlərin masştabı indikindən qat-qat geniş olar və Azərbaycan futbolu üçün onlarla futbolçu yetişər. Yaxın keçmişdə məhz Yaşar Seyidovun rəhbərlərindən biri olduğu “Bakı” Futbol Klubunun uşaq futbolu ilə bağlı gördüyü işlər bu gün də azarkeşlər, futbol ictimaiyyəti tərəfindən xatırlanır. Bir neçə il ərzində düzgün qurulan işlər sayəsində “Bakı” Azərbaycan futboluna onlarla istedad bəxş edib. Təsadüfi deyil ki, müxtəlif vaxtlarda bu klubun 72 yetirməsi Azərbaycan milli komandalarında forma geyib.
Seyidovun məhdud büdcə ilə qurduğu kollektiv bu gün də Azərbaycan futbolunun gələcəyi üçün dayanmadan çalışır. Sadəcə qarşıya qoyulan hədəflərə çatmaq üçün onlara bu yolda dəstək olmaz lazımdır. Məhdud büdcə ilə bu gün 10 kollektiv formalaşdıran “Dinamo”nu parlaq gələcək gözlədiyini indidən söyləyə bilərik...
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- 19 illik rəqabətin növbəti hissəsi: “Turan Tovuz”un adı gənc futbolçularımız üçün motivasiyadır”
- Metyu: “Azarkeşlər rahat olsunlar, “Qarabağ”a qarşı bacardığımızın ən yaxşısını edəcəyik”
- Cenk Sümer: “Azarkeşlərimiz rahat olsunlar, “Neftçi”də hamı işinə ciddi yanaşır”
- “Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”
- Azər Bağırovdan qələbə şərhi
- AFFA-dan hakimlərə xüsusi tapşırıq - ÖZƏL
- “Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
- Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."
- Azərbaycan millisinin qrupunda 12:0 hesabı
- Osihmen “Neftçi”nin futbolçusunun arzusunu puç etdi
- Zidan hazırda ən çox bəyəndiyi 3 futbolçunun adını açıqladı
- “Neftçi” transfer bombasını partladır: Abubakar bu gün gəlir!
- Bakı Olimpiya Stadionunun son durumu - “Qarabağ” burada necə oynasın?
- “Neftçi” “Qəbələ” önünə ciddi itki ilə çıxır
- İmad Faraj: “Bu, sizin fikrinizdir, mən son matçlarda yaxşı oynamışam”
-
14:43
İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək boksçular müəyyənləşib
-
14:29
Gəncədə ilk dəfə aerobika gimnastikası üzrə ölkə birinciliyi keçirilib
-
13:56
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı oyunlarının təqvimi
-
13:31
"Qarabağ" - "Çelsi" oyununun hakimləri müəyyənləşdi
-
13:14
“Neftçi”nin müdafiəçisi 200-ə çatdı
-
13:00
Azərbaycan Premyer Liqasında rekord tamaşaçı sayı
-
12:47
Fərid Nəbiyev üçün yubiley
-
12:28
"Çelsi" Bakıda oyun öncəsi məşqə çıxmayacaq
-
12:15
I Liqada hakim təyinatları açıqlandı
-
11:52
“Araz-Naxçıvan”ın 1/8 final üçün yer aldığı səbət müəyyənləşdi
-
11:39
Abubakar son 6 ilin ilkinə imza atdı
-
11:23
“Neftçi”dən Azərbaycan çempionatları tarixində yeni rekord
-
11:00
Roi Kehat: “Bu qələbə bizim üçün çox vacib idi”
-
10:46
"Qarabağ"ın 350-ci quruhesablı qələbəsi
-
10:17
"Mançester Siti" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:54
Samir Abasovu niyə qınayırsınız ki...
-
09:31
İstanbul derbisini "Fənərbaxça" qazandı VİDEO
-
21:32
“Sumqayıt” - “Araz Naxçıvan” matçında 5 qol VİDEO
-
21:17
Saşa İliç qələbəni şərh etdi
-
20:45
Elmar Baxşıyev: “Çempionat hamı üçün ağırdır”
-
20:24
“Turan Tovuz” və “Sumqayıt”dan qələbə
-
19:08
"Turan Tovuz"dan əzmkar qələbə VİDEO
-
18:51
Berdıyev: “Qələbəyə layiq idik”
-
18:39
“Məşqçilər etiraz edir ki, Ayxanın mətbuat konfransı çox çəkir”
-
14:46
Əliyar Ağayev “Slaviya” - “Arsenal” oyununa təyinat aldı
-
14:13
Voleybol millimizin İslamiada üçün heyəti müəyyənləşi
-
13:57
Bakıda V "Qələbə qaçışı" təşkil edilib
-
13:32
"Qalatasaray" - "Trabzonspor" matçında heç-heçə VİDEO
-
13:00
"Qarabağ"ın rəqibi itki ilə üzləşdi
-
12:45
"Atletiko" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:18
“Neftçi”nin yarımmüdafiəçisi: “Əlimizdən gələni edəcəyik ki, “Qarabağ”a qalib gələk”
-
11:54
PSJ 90+4-də sevindi VİDEO
-
11:21
"Bavariya" "Bayer"ə şans tanımadı VİDEO
-
11:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Arsenal"dan ardıcıl 5-ci qələbə VİDEO
-
10:42
Azərbaycan Velosiped İdmanı Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib FOTOLENT
-
10:27
"Mançester Yunayted"dən heç-heçə VİDEO
-
10:13
161 gün sonra yenidən Tovuzda
-
09:52
"Real"dan darmadağın VİDEO
-
09:35
“Din mövzusuna toxunmağım doğru deyildi”
-
09:20
"Çelsi" Bakıya qələbə ilə gəlir VİDEO
-
22:00
Azərbaycan cüdoçusundan növbəti qızıl medal
-
21:27
"Neftçi"dən 5 qollu qələbə VİDEO
-
20:32
“Lans”ın yetirməsi “Sumqayıt”da
-
20:15
“Araz Naxçıvan” üçün həlledici oyun
-
19:59
Samir Abasov: "Qələbə elə şeydir ki, çox şeyə göz yumursan"
-
19:43
Azər Bağırov: “Verdikləri qərarların hamısı onlara yedizdiriləcək”
-
19:00
"Neftçi"dən darmadağın, "Zirə"dən əzmkar qələbə
-
18:36
"Zirə" Şamaxıda geridönüş etdi VİDEO
-
17:28
Azər Həşimov: “Mən heç vaxt futbolçunun kölgəsində qalan biri deyiləm”
03.11.2025
02.11.2025
01.11.2025























