12 Oktyabr 2025, Bazar günü
AFFA Santuşa təzminat ödəyib
Millimiz Fransaya uduzdu
U-21-dən biabırçı məğlubiyyət
Şahmatçılarımız Ermənistana qalib gəldi

Ölkə futbolu

Konfrans Liqası: “Zirə” Xorvatiya klubuna rəqib oldu

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Slovakiya təmsilçisi “DAK 1904”ü mübarizədən kənarlaşdıran “Zirə”nin növbəti rəqibi məlumdur.

Futbolxeber.az saytının məlumatına görə, Rəşad Sadıqovun komandası III təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşacaq.

Təmsilçimiz ilk matçını avqustun 8-də səfərdə keçirəcək. 1 həftə sonra isə “Zirə” rəqibini Bakıda qəbul edəcək.

Qeyd edək ki, “Osiyek” II təsnifat mərhələsində “Levadiya”nı (Estoniya) mübarizədən kənarlaşdırıb. Xorvatiya təmsilçisi öz meydanında 5:1, bu gün keçirilən cavab görüşündə isə 1:0 hesablı (ümumi nəticədə 6:1) qələbə qazanıb.

Əlavə edək ki, “Osiyek” ötən mövsüm Xorvatiya çempionatını 57 xalla dördüncü pillədə başa vurub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31