4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü

Bu gün “Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, görüşdə paytaxt təmsilçisinin baş icraçı direktoru Fərrux Mahmudov, mətbuat xidmətinin rəhbəri Emin Əfəndi, qarşı tərəfdən isə klubun prezidenti Asəf Məlikov iştirak edib.
 
“Ağ-qaralar”ın bazasında təşkil olunan tədbirdə iki klub arasında əməkdaşlığın gələcək perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.
 
A.Məlikov “Difai”nin tarixi və yaradılma məqsədləri, Region Liqasından başlayan və hazırda I Liqada davam edən mübarizənin gedişatı haqda məlumat verib.
 
O, yaxın illərdə Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparmağı planlaşdırdıqlarını və təşkilati nöqteyi-nəzərdən “Neftçi”nin təcrübəsindən yararlanmağın mümkünlüyünü qeyd edib.
 
A.Məlikov göstərilən diqqətə görə F.Mahmudova öz minnətdarlığını bildirib.
 
Deyib ki, “Neftçi”nin Bakıxanov qəsəbəsində yerləşən təlim-məşq bazasında gündəlik məşq keçmələrinə şərait yaradılıb və bu, “fəadilər”ə ciddi dəstəkdir.
 
“Neftçi”nin baş icraçı direktoru da öz növbəsində “Difai”nin fəaliyyəti ilə bağlı məlumatlı olduqlarını, vaxtilə Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamış təşkilatın adını daşıyan klubun futbol sektorunda uğurlar qazanacağına inamını ifadə edib.
 
F.Mahmudov bazadan istifadə və gənc futbolçu mübadiləsi mövzusunda “Difai” ilə əməkdaşlığa müsbət yanaşdıqlarını söyləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31