3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Şahin Diniyevdən qələbə şərhi

"Araz-Naxçıvan"a uğurlar arzulayıram. Elmar bəy yaxşı komanda formalaşdırıb. Futbolçularıma təşəkkür edirəm ki, intizamı pozmadılar. Səhvsiz oynadıq. Çətin matç idi. Futbol baxımından yox, psixoloji baxımdan. Futbolçuların üzərində böyük təzyiq var idi. Neçə tur idi ki, qələbə qazana bilmirdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 31-ci turunda " Araz-Naxçıvan"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib.

O, oyunçularından razılığını ifadə edib: “Avrokuboklar mübarizəsindən düşmə zonasındaydıq. Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər. Gərginlik var idi. Yolumuza davam edirik. Çətin oyunlar bizi gözləyir. Çalışacağıq ki, yaxşı nəticələr qazanaq. Uğurlu nəticələr qazanmaq istəyirik. Yeddi ayın komandasıyıq. İndi iddialıyıq, bu, məni çox sevindirir”.

Təcrübəli mütəxəssis müdafiənin mərkəzindəki seçimini belə izah edib: “Bu, limitlə bağlı deyildi. Bizim ən çox rotasiya etdiyimiz mövqe müdafiənin mərkəzidir. Səhvləri minimuma endirmək istəyirik. Futbolçuları son həftədəki məşqlərə görə seçdim. 49 qol buraxmışıqsa, 30-a yaxınıq fərdi səhvlərə görədir. Yeni komandayıq, bunlar da olacaq”.

Ş.Diniyev növbəti turda "Sabah"a qarşı keçirəcəkləri matçın avrokuboklar baxımından bunu həlledici olduğunu söyləyib: “Altı xallıq oyundur. Tamam və davam oyunlarından biridir. Futbol proqnozu sevmir. Anlayırıq ki, çox vacib oyundur. Son matça qədər "Səbail" döyüşəcək.

“Səbail”in çalışdırıcısı vurğulayıb ki, hazırkı heyət sona qədər mübarizə aparmağa imkan verir: "Səbail" funksional hazırlığı yaxşı olan komandalardandır. Komandanın gücünə, potensialına inanıram. Komandam pik nöqtədə olmasa da, yaxşıdır. Ağabala Ramazanovu da geri qayıtdığı üçün təbrik etmək istəyirəm. Onun meydana daxil olması futboldan çox, insanı yanaşma idi. Düzdür, hazır deyildi. Amma Ağabala ölümlə həyat arasında çarpışan biri idi. Onu futbola qaytardıq. Heyətimiz yetərlidir ki, sona qədər mübarizə aparaq”.

Şahin Diniyev hələlik mövsümün sonunda müqaviləsi bitəcək legionerlərlə danışıqlara başlamadıqlarını söyləyib: “Futbol nəticənin üzərində dayanan oyundur. Həm tələsmirik, həm də gecikirik. Komandanın harda olmasından çox şey asılıdır. Radikal dəyişikliklər istəmirik. Komandada 90 faiz dəyişiklik olanda, stabillik alınmır. Güclənməyə də ehtiyac var. Heç bir futbolçu ilə danışıq aparmamışıq. Futbolçuların hər biri burada xoşbəxtdir. Hər halda, bizim qərarlarımızdan asılı olan məsələdir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31