8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

“Qəbələ” - “Turan Tovuz”: 9-cu duel

Bu həftə Azərbaycan Premyer Liqasında XXX turu çərçivəsində “Qəbələ” “Turan Tovuz”la qarşılaşacaq.

Futbolxeber.az saytının məlumatına görə, Qəbələ şəhər stadionunda keçiriləcək matç iki komanda arasında 9-cu duel olacaq. Rəqiblər bunadək 7 dəfə çempionat və 1 dəfə kubokda üz-üzə gəliblər.  

Əvvəlki qarşılaşmalarda “qırmızı-qaralar” üstünlüyə malikdir. Hesabında 3 qələbə olan “Qəbələ” 3 heç-heçə edib və 2 dəfə uduzub. 13 qol vuran komanda 7 top buraxıb. Bilel Auaşeriya 4, Rafael Utziq və Osama Xalayla 2 dəfə “Turan Tovuz”un qapısına qol vurub.

Çempionatdakı 7 qarşılaşmada həm “Qəbələ”, həm rəqib 2 dəfə qalib gəlib. Üç görüşdə heç-heçə qeydə alınıb. 11 qol vuran “Qəbələ” 7 top buraxıb.

Dördüncü dəfə rəqibini qonaq edəcək “qırmızı-qaralar” ev oyunlarında 1 qələbə qazanıb, 1 heç-heçə edib və 1 dəfə məğlub olub. Öz meydanında 5 qol vuran komanda 2 top buraxıb.

Qeyd edək ki, aprelin 13-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Turan Tovuz” oyunu saat 16:30-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31