26 Iyul 2025, Şənbə
"Neftçi" Alfa Konte ilə vidalaşdı
"Sumqayıt"ın rəqibləri müəyyənləşib
Abdullazadə rəsmən “Varazdin”də
"Qarabağ" darmadağınla başladı

Ölkə futbolu

Elmar Baxşıyev rəsmən “Araz-Naxçıvan”da

Elmar Baxşıyev “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Mütəxəssislə bu gün müqavilə imzalanıb. Klub rəhbərliyi tərəfindən komanda üzvlərinə təqdim olunan baş məşqçi kollektivi ilk məşqinə çıxarıb. Məşqçilər korpusunda da dəyişiklik edilib. Xaqani Məmmədov və Rasim Ramaldanov köməkçi-məşqçi təyin olunublar.

Qeyd edək ki, Elmar Baxşıyev futbolçu karyerası ərzində “Xəzər Universiteti”, “İnter”, “Xəzər-Lənkəran”, “Neftçi” və “Qəbələ” klublarının formasını geyinib, Azərbaycan millisinin heyətində 30-dan artıq oyun keçirib. Baş məşqçi kimi “Qəbələ”ni çalışdıran mütəxəssis Azərbaycan kubokunun qalibi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31