8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Əliyar Ağayev “Dinamo”nun qələbəsinə şahidlik etdi

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Zaqreb təmsilçisi Yunanıstan PAOK-unu qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu oyunu azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edib. O, görüşdə 6 sarı vərəq göstərib. Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.

Daha əvvəl Xorvatiya mətbuatında zədəli Mahir Emrelinin yalnız mövsümün sonunda komandaya qoşulacağı açıqlanmışdı. Onun zədə səbəbindən 1/8 final matçlarını da buraxacağı bildirilmişdi.

Bu komandalar arasında cavab görüşü martın 14-də keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31