8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

"Bakı" "Neftçi" ilə oyuna hazırdı

Sabah “Bakı” premyer-liqanın 13-cü turu çərçivəsində “Bakcell Arena”da “Neftçi” ilə qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, "zolaqlılar" bu gün oyunöncəsi son məşqini keçib. Saat 11:00-da başlayan hazırlıq adəti üzrə isinmə hərəkətləri ilə başlayıb. Ardından futbolçular ikili qruplara bölünərək əl və ayaqla icra edilən ötürmələr üzərində çalışıb. Soyuq və küləkli havada davam edən məşqin yarımsaatlıq digər bölümü isə “kvadrat”a sərf edilib. Üstəlik, baş məşqçi Milinko Pantiç 8 nəfərlik qrupun birinə qoşularaq yetirmələrinə öz bacarığını göstərib. Daha çox yüngül təmrinlər üzərində çalışan komanda üzvləri növbəti tapşırıq kimi düzülmüş maneələr üzrə qısa məsafələrə qaçıblar. Bundan sonra 25 dəqiqə sürən ikitərəfli oyun keçirilib ki, nəticədə “sarı”lar və “göylər”in duelində birincilər 4:2 hesablı qələbə qazanıb. Sonda isə Pantiçin də iştirak etdiyi birbaşa zərbələr və cinah asmaları icra olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31