8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

"Bayer"in Bakıda açıq məşqi və mətbuat konfransı olmayacaq

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Bayer” (Almaniya) oyunundan öncə təşkil ediləcək mətbuat konfransı və açıq məşqin vaxtı məlum olub.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə Ağdam klubu açıqlama yayıb.
 
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı martın 6-sı saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. 17:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.
 
Qonaq komandanın Bakıda oyundan əvvəl açıq məşqi və mətbuat konfransı keçirilməyəcək.
 
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31