17 Noyabr 2025, Bazar ertəsi
Didye Deşamdan qələbə şərhi
Millimiz Fransaya uduzdu
U-19 millimiz yenə məğlub oldu
“Hücum etməyə çalışacağıq”

Ölkə futbolu

Elmar Baxşıyev: “Daha yaxşı və daha iddialı “Qəbələ” görəcəyik”

Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Qəbələ” yoxlama oyununda “Araz-Naxçıvan”la qarşılaşıb.

Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ”nin 2:0 hesabı ilə qalib gəldiyi görüşdən sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev matç barədə fikirlərini gabalafc.az saytına açıqlayıb:

“Mövsümün ikinci yarısının hazırlıq prosesinə yanvarın 4-də start vermişdik. Təlim-məşq toplanışı əvvəlcədən planlaşdırdığımız proqram üzrə keçdi. İstədiklərimizi hazırlıq prosesində gerçəkləşdirə bildik. Öncədən nəzərdə tutduğumuz kimi iki yoxlama oyununa çıxdıq. Premyer Liqa klubları “Kəpəz” və “Araz-Naxçıvan”la qarşılaşdıq. Toplanışın gedişindən razı qaldım. Bu hazırlığın nəticəsini mövsümün ikinci yarısında görə biləcəyik. Komandamızın potensialı var. Düşünürəm ki, daha yaxşı və daha iddialı “Qəbələ” görəcəyik. Keçirdiyimiz yoxlama oyunlarında gənc futbolçulara şans verdim. Onların çıxışından razı qaldım. Bu oyunçular gələcəkdə komandamıza əlavə güc qatacaq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30