8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

AFFA 4 klubu cərimələdi

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

Futbolxeber.az saytının məlumaıtna görə, Azərbaycan Premyer Liqasının 12-ci turunun “Səbail” - “Turan Tovuz” oyununda qonaq komandanın 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilib.

“Səbail” – “Turan Tovuz” oyununun 90+5-ci dəqiqəsində qonaq komandanın azarkeşləri tərəfindən kütləvi şəkildə matçın baş hakiminin ünvanına təhqiramiz ifadələrin səsləndirildiyinə və  bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Turan Tovuz” 500 manat cərimə edilib.

Azərbaycan Premyer Liqasının 12-ci turunun “Qəbələ” - “Neftçi” oyununda həm meydan sahiblərinin, həm də qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə hər iki klub 700 manat cərimə edilib.

Azərbaycan Premyer Liqasının XII turunun “Sabah” - “Zirə” oyununun 42-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Emmanuel Apeh ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Sabah” 500 manat cərimə edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31