8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Azər Bağırovdan qələbə şərhi: “Qolları vaxtında vura bildik”

“Uşaqlardan hər zaman səbrli olmağı tələb edirəm. Müdafiədən hücuma keçməyimiz uğurlu alınır. Bu gün də belə oldu. Çox vacib qələbə qazandıq. Amma “Qarabağ”dan öyrəniləsi çox şey var”

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının XI turunda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

CBC Sport-a açıqlamasında o, qələbəyə baxmayaraq, üstünlüyün rəqibin tərəfində olduğunu bildirib: “Deməzdim ki, böyük üstünlüyümüz oldu. Sadəcə qolları vaxtında vura bildik. Rəqibin bir anlıq boşalmasından istifadə edib, əvvəlcə penalti qazandıq, daha sonra isə əks-hücumda “Qarabağ”ı yaxaladıq. Bu gün “Qarabağ”dan üstün idi. Şükürlər olsun ki, 3 xalı qazanan biz olduq. Düşünürəm ki, “Qarabağ”ın həftə arası Avroliqa matçınnı olması bu gün bizim xeyrimizə işlədi”.

A.Bağırov qeyd edib ki, bundan sonra komandası qarşıdakı oyunlara daha çox köklənməlidir: “Bu qələbə sayəsində üçüncü pilləyə yüksəlsək də, hələ heç nə bitməyib. Bundan sonra təzyiqlər daha çox olacaq. Qarşıdakı oyunlara daha artıq köklənmək lazımdır ki, bütün bunların öhdəsindən gələk. Turlar keçdikcə rəqiblər “Araz-Naxçıvan”a daha ciddi yanaşırlar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31