8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu

Azərbaycan Premyer Liqasının XI turunda 2023/2024 mövsümünün tamaşaçı rekordu qeydə alınıb.

Futbolxeber.az saytının məlumatına görə, bunun üçün 4 oyunun keçirilməsi kifayət edib.

Belə ki, turun geridə qalan matçlarına ümumilikdə 11750 azarkeş toplaşıb. Bu isə cari mövsümün ən yüksək göstəricisidir. Buna qədər rekord VI tura məxsus idi - 10950 nəfər.

XI turun “Turan Tovuz” - “Kəpəz” oyununda 5000, “Neftçi” - “Sabah” matçında 4600, “Sumqayıt” - “Qəbələ” görüşündə 1350, “Zirə” - “Səbail” qarşılaşmasında isə 800 azarkeş olub.

Qeyd edək ki, turun son matçı - “Araz-Naxçıvan” - “Qarabağ” oyunu bu gün keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31