8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Samir Abasov: “Epizodları qola çevirə bilmədik”

"Yorğunluq hiss olunurdu. Bilirdik ki, bu əziyyəti çəkəcəyik. İlk dəqiqələrdə top itkiləri oldu".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 11-ci turunda bu gün "Qəbələ" ilə keçirilən oyundan sonra mətbuat konfrnasında deyib.

O, qolsuz başa çatan matçı belə şərh edib: "İkinci yarıda meydanda tam fərqli "Sumqayıt" gördük. Əldə etdiyimiz epizodları qola çevirə bilmədik. Lakin fasilədən sonra yaxşı oynadıq, udmaq istəyən komanda görünürdü. Demirəm ki, ilk yarıda da belə deyildi. Sadəcə çox şey alınmırdı. Bu da yorğunluqla bağlı idi. "Sabah"la iki oyunda həddən artıq enerji vermişdik. Bu gün də oynadıq, uduzmadıq. Qarşıdakı matçlara köklənəcəyik. Yorğunluğu bir həftədə atarıq və qələbə qazanarıq".

S.Abasov komandasının son nöqtəni qoya bilməməsi ilə bağlı da danışıb: "Son nöqtənin qoyulmaması sırf futbolçunun keyfiyyəti ilə bağlıdır. Keyfiyyətlərini ortaya qoya bilmədilər. Yorğunluq həqiqətən hiss edilirdi. "Qəbələ" açıq futbol oynayır. Bunu bilirdik. Qalib gəlmək emosiyası artmışdı. İstədik qalib gələk".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31