11 May 2024, Şənbə
"Neftçi"nin məşqçisindən qələbə şərhi
"Neftçi" ikinci pilləyə yüksəkdi
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları

Ölkə futbolu

“Qarabağ” Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki uğurlu çıxışı Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisi Bakıda Sloveniya klubu “Olimpiya” ilə 1:1 hesabı ilə bərabərə qalaraq, ölkə reytinqinə 0,125 xal əlavə edib.

Bununla ölkənin cari mövsümdəki xalları 2,625 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,875-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya ilə aradakı fərq 0,500 əmsala bərabərdir.

Baş tutan qarşılaşmalar Türkiyə, Danimarka, İsveç, Qazaxıstan, Bosniya və Herseqovinanın irəliləməsinə, Şotlandiya, Norveç, İsrail, Rumıniya, Ermənistan və Şimali İrlandiyanın geriləməsinə səbəb olub.

Reytinqə 89,178 xalla İngiltərə başçılıq edir. İspaniya (75,989) ikinci, İtaliya (71.712) isə üçüncü pillədə qərarlaşıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31