11 May 2024, Şənbə
"Neftçi"nin məşqçisindən qələbə şərhi
"Neftçi" ikinci pilləyə yüksəkdi
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları

Ölkə futbolu

"Kəpəz"in yeni transferi: "Azarkeşlər səbirli olsunlar"

“Kəpəz”in transferi Şakir Seyidov yeni komandasını dəyərləndirib.
 
Futbolxeber.az saytının məlumatına görə, yay fasiləsində “Sabah”dan icarəyə götürülən 23 yaşlı yarımmüdafiəçi bu keçiddə baş məşqçi Azər Məmmədov amilinin xüsusi rol oynadığını deyib.
 
O, “Kəpəz”in üzvü olduğu üçün özünü xoşbəxtəm hesab etdiyini vurğulayıb: “Ümid edirəm ki, bu mövsüm “Kəpəz”in daha yaxşı yerlərə yüksəlməsinə kömək edərəm. Bura gəlməyimdə baş məşqçi Azər Məmədovun rolu böyük olub. Onun inamını doğrultmağa çalışacağam”.
 
Gənc futbolçu azarkeşlərdən səbirli olmalarını istəyib: “Gözəl kollektivimiz var. Həm meydanda, həm də ondan kənarda mehriban ailə kimiyik. Əsas odur ki, mövsümü zədəsiz keçirək və məşqçilərin tapşırıqlarına əməl edək ki, məqsədimizə çata bilək. Azarkeşlər səbirli olsunlar, hər zaman komandanı dəstəkləsinlər. Onların istəklərini yerinə yetirməyə çalışacağıq”.
 
Qeyd edək ki, “Kəpəz” Premyer Liqada 4 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31