11 May 2024, Şənbə
"Neftçi"nin məşqçisindən qələbə şərhi
"Neftçi" ikinci pilləyə yüksəkdi
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları

Ölkə futbolu

İordaniyanın millisinin Azərbaycanla oyun üçün ilkin heyəti açıqlanıb

İordaniya yığmasının sentyabrda Norveç və Azərbaycan millilərinə qarşı keçirəcəyi yoldaşlıq görüşləri üçün ilkin heyəti açıqlanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Hüsseyn Ammuta 31 futbolçuya dəvət göndərib.
 
Onlardan 5-i qapıçı, 10-u müdafiəçi, 9-u yarımmüdafiəçi, 7-si isə hücumçudur.
 
Artıq təlim-məşq toplanışına başlayan İordaniya yığması ilk yoxlama görüşü üçün sentyabrın 4-də Norveçə yollanacaq. Səfərdən bir gün əvvəl isə yekun heyət açıqlanacaq.
 
Qapıçılar: Yazid Əbu Layla, Abdulla əl-Fəxuri, Malik Şalabiya, Məhəmməd əl-Əmvasi, Abdullah əl-Zubi
 
Müdafiəçilər: İhsan Həddad, Firas Şalabiya, Məhəmməd Əbu Həşiş, Yusuf Əbu əl-Cəzar, Mustafa Eid, Abdullah Nəsib, Yazan əl-Arab, Məhannəd Xair Allah, Salim Obaid, Hijazi Maher
 
Yarımmüdafiəçi: Mahmud Şavkat, Nizar əl-Raşdan, İbrahim Sadeh, Nur əl-Ravabdeh, Raqayi Ayed, Obayda əl-Samarneh, Saleh Rateb, Yussef Əbu Calbuş, Məhəmməd Əbu Rizk
 
Hücumçular: Mahmud əl-Mardi, Musa əl-Tamari, Anas əl-Avadat, Məhəmməd Əbu Zureyk, Həmzə əl-Dardur, Əli Olvan, Yazan əl-Naymat
 
Qeyd edək ki, İordaniya yığması sentyabrın 7-də Norveçlə Osloda, 12-də isə Azərbaycan millisi ilə Bakıda üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31