11 May 2024, Şənbə
"Neftçi"nin məşqçisindən qələbə şərhi
"Neftçi" ikinci pilləyə yüksəkdi
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları

Ölkə futbolu

Qurban Qurbanov: “Olimpiya” sabah çəkinməyəcək, riskə gedəcək”

"Qarabağ" Avropa Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Olimpiya"nı qəbul edəcək. Futbolxeber.az saytının məlumatına görə, qarşılaşmadan əvvəl baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Qrup öncəsi son oyunumuzdur. İlk matçda qalib gəlmişik. Amma bu komandaya qarşı Bakıda daha da ciddi olmalıyıq. Çünki öz oyun üslubları var. Ona görə də bir an belə boşalmaq olmaz. "Olimpiya"nın son çempionat matçına baxdıq. Uduzdular, amma hesab fərqli olmalı idi. Şanslardan istifadə edə bilmədilər. Futbolçuları bu oyuna tam kökləməyə çalışmışıq. Sabah yaxşı oyun və yaxşı mübarizə aparıb, sərfəli nəticə əldə etməyə çalışacağıq. Futbolçularıma inanıram, güvənirəm

- Sabah sizə ən yaxşı oyununuzu göstərməyə nə mane ola bilər?

- Tam açıqlaya bilmərəm. Hesab bizi aldatmalı deyil. "Olimpiya"nın potensialı çox yüksəkdir. Sabah onlar çəkinməyəcək, riskə gedəcəklər. Biz daha aqressiv və ciddi olmalıyıq. Başqa şey haqda düşünməli deyilik. Futbolçular daha yaxşı bilir. Oyunu analiz etdik. Gördülər ki, 2:0 hesabı ilə qalib gəlsək də, asan olmayıb. Oyunun içində olmalıyıq.

- Bədavi Hüseynov və Patrik Andrade nə vaxt qayıdacaq?

- Vaxt var hələ. Patrik iki həftədən tez qayıtmayacaq. Bədavi də bəlkə iki həftə sonra məşqlərə başlayacaq. Yüngül zədələr deyil. Hər ikisində ciddidir.

- Transfer işlərində aktivlik var?

- Biz aktivik. Nəzərdən keçiririk. Sadəcə son günlərdə "rəqib" tərəfdən passivlik var. Son ana qədər iş başında olacağıq. Bizə uyğun, faydalı oyunçu olsa, mütləq komandamızda görmək istəyərik. Futbolçular sıx qrafikdə oynayırlar. Ona görə əldə daha çox futbolçuya ehtiyac var. Komandanı gücləndirmək barədə indi daha çox düşünürük (Sportal.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31