12 May 2024, Bazar günü
"Neftçi"nin məşqçisindən qələbə şərhi
"Neftçi" ikinci pilləyə yüksəkdi
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları

Ölkə futbolu

Musa Qurbanlı və Yusif İmanov TOP klublarla bağlı siyahıda

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) yeni araşdırma aparıb.
 
Futbolxeber.az saytının məlumatına görə, araşdırmanın nəticəsi qurumun həftəlik nəşri və saytında yayımlanıb. Araşdırma nəticəsində 2002-ci ildə və daha sonra anadan olmuş, hələ TOP-klublarda çıxış etməmiş, lakin buna hazır olan dünya üzrə 100 gənc futbolçunun siyahısı hazırlanıb.
 
Həmin 100 oyunçu arasında Azərbaycan milli komandasının iki üzvü də yer alıb. Bunlar "Sabah"ın qapıçısı Yusif İmanov (21 yaş) və hazırda İsveçin  “Yurqorden” klubunda çıxış edən hücumçu Musa Qurbanlıdır (21 yaş). 100 ballıq şkala üzrə İmanov 49,5, Qurbanlı isə 46 xal toplayıb. 
 
Qurumun yazısında bildirilir ki, bu siyahı əsasən, skautlar üçün faydalıdır. Toplanmış məlumatların nəticələrinə əsasən, Musa 3 milyon 600 min avro, Yusif isə 700 min avro məbləğində qiymətləndirilib.
 
Qeyd edək ki, siyahıda ilk üç yeri "Benfika"dan (Portuqaliya) Antonio Silva, "Şaxtyor"dan (Ukrayna) Georgi Sudakov və "San-Paulu"dan (Braziliya) Pablo Mayya tutur.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31