Ölkə futbolu
Masaki Murata: “Neftçi” üzərində qələbə ad günümə ən gözəl hədiyyə olardı” (MÜSAHİBƏ)
“Sumqayıt”ın yarımmüdafiəçisi Masaki Muratanın Futbolxeber.az saytına müsahibəsi
- Artıq Azərbaycan Premyer Liqasında 4 tur arxada qalıb. "Sumqayıt"ın çempionatdakı startını necə qiymətləndirmək olar?
- Düşünürəm ki, geridə qalan müddətdə çıxışımız heç də pis deyil. 3 səfər oyununda 7 xal toplamaq olduqca yaxşıdır. Çıxışımız məni qane edir.
- Komandanın cari mövsümdəki məqsədi nədir?
- Hər oyuna 100 faizlik nəticə qazanmaq üçün çıxırıq. Hədəfimiz bacardıqca çox xal qazanmaqdır.
- Qeyd etdiyiniz kimi, “Sumqayıt” cari mövsümə uğurlu start verib. Bunun ardını gətirmək mümkün olacaq?
- Qarşıda nə baş verəcəyini heç kim bilmir. Mövsüm boyu yüksək tempdə mübarizə aparmaq olduqca çətindir. Bizim ən yaxşısını etməyə ehtiyacımız var. Bu tempdə dayanmaq olmaz, bundan da artığını edə bilərik.
- Növbəti matçda "Neftçi" ilə qarşılaşacaqsız. “Sumqayıt”ın məğlubiyyətsiz oyunlar seriyasını davam etdirməsi nə dərəcədə realdır?
- Düşünürəm ki, onlar həm Konfrans Liqasında, həm də daxili çempionatda ard-arda oyunlar keçiriblər. Sıx qrafikdə oynayıblar. Çox oyuna çıxdıqları üçün rəqibin fiziki cəhətdən bir qədər yorğun olduğu düşünürəm. Bununla belə, "Neftçi" taktiki cəhətdən günü-gündən olduqca yaxşı çıxış edir. Bizim isə mövsümdə ilk ev oyunumuzdur. Bu səbəbdən “Neftçi” ilə oyunda 3 xal qazanmaq istəyirik. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək.
- Cari mövsüm Azərbaycan çempionatının daha gərgin keçəcəyi ilə bağlı səslənən fikirlərə qatılırsız?
- Əlbəttə, ötən mövsümlə müqayisədə fərq var. Bir çox komandalar gücləniblər. Eyni sözləri kollektivimiz haqda da deyə bilərəm. Düşünürəm ki, ötən ilə nisbətdə bu mövsümdə daha baxımlı çıxış edirik. Bu cür davam etsək, mövsümsün sonunda daha yaxşı yerdə olacağıq.
- Bu gün ad gününüzdür, 24 yaşınız tamam olur. Bu münasibətlə sizi təbrik edirik, uğurlar arzulayırıq. Bu, Azərbaycanda qeyd etdiyiniz ilk doğum günüdür. Təəssüratlarınız necədir?
- Təbrikiniz üçün təşəkkür edirəm. Doğum günümü belə gözəl ölkədə keçirdiyim üçün çox xoşbəxtəm. Azərbaycanda hər şey ürəyimcədir. Burada olduğum üçün xoşbəxtəm.
- Yəqin ki, “Neftçi” üzərində qələbə ad gününüzə ən gözəl hədiyyə olar?
- Bəli, əla olardı (gülür).
- Artıq 1 ilə yaxındır ki, Azərbaycandasız. Ölkəmizə tam uyğunlaşa bilmisiniz?
- Komandanın köməkliyi sayəsində buraya uyğunlaşa bilmişəm. Burada özümü rahat hiss edirəm. Azarkeşlər, komanda yoldaşlarım məni darıxmağa qoymurlar.
- "Sumqayıt"da yeganə yaponiyalı oyunçusunuz. Digər tanıdığınız yapon futbolçulara Azərbaycan çempionatında oynamağı tövsiyə etmisiz?
- Əlbəttə, mənim dostlarım və yaponiyalı oyunçular Azərbaycan çempionatı haqqında çox da məlumatlı deyillər. Mən onları bu çempionata cəlb edəcəyimə ümid edirəm.
- Sonda "Sumqayıt" azarkeşlərinə nə demək istərdiniz?
- Məni dəstəklədiklərinə görə azarkeşlərimizin hər birinə təşəkkürümü bildirirəm. Daha çox azarkeşin stadiona gəlməsini istərdim. Onlar bizim qələbə qazanmağımıza daha çox kömək olur.
Azad NURİYEV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA “sıfırlandı” - QEYD
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
19:40
"Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
-
18:31
Elxan Məmmədov "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda
-
16:28
Göygöldə Azərbaycan cüdoçuları kəmər dərəcələri üzrə imtahan verib
-
16:06
"Oser" yenidən Liqa 1-də
-
15:51
Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
-
15:34
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
-
15:19
Fransalı atıcı Bakıdakı Dünya Kubokunda yenə qızıl medalı əldən verib
-
15:00
“Kəpəz”in yarımmüdafiəçisi: “İnsident oldu, bitdi, keçdi”
-
14:45
Voleybolçu qızlar arasında “Heydər Əliyev kuboku” keçirildi
-
14:23
Rafael Ağayev sumqayıtlıları "Səbail"lə oyuna dəvət etdi
-
14:07
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar təşkil olunub
-
13:52
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
-
13:18
Lunyov müqaviləsini yeniləyib-yeniləməyəcəyi haqda: "Hər şeyin öz vaxtı var"
-
12:24
Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışda 4 qızıl medal qazanıb
-
12:06
Coşqun Diniyevin komandası mövsümü qələbə ilə başa vurdu
-
11:41
AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı
-
10:39
Andre Şinyaşiki: “Hər zaman fərqlənməyi xüsusi bir şey hesab etmirəm”
-
10:25
"İnter"dən darmadağın VİDEO
-
10:13
"Qarabağ" "Zirə" önünə itkilərlə çıxacaq
-
09:47
"Ştudqart" 3 xalı tək qolla qazandı VİDEO
-
09:30
“Araz-Naxçıvan” “Turan Tovuz”a, “Zirə” “Qarabağ”a qarşı
-
22:35
Gənclər və İdman Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib
-
22:08
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
-
21:57
"Neftçi"dən 5 qollu qələbə VİDEO
-
21:49
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşdi
-
21:34
"Neftçi"nin məşqçisindən qələbə şərhi
-
21:23
"AFFA-nın klublara ayırdığı maliyyənin yarısı ödənilməyib"
-
21:12
Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
-
20:51
"Neftçi" ikinci pilləyə yüksəkdi
-
20:00
Azərbaycan Premyer Liqasında aprelin ən yaxşı qolu bilindi VİDEO
-
18:37
İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi başa çatıb
-
18:21
"Neftçi" - "Kəpəz": Heyətlər açıqlandı
-
17:43
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
-
17:06
Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında
-
16:58
I Liqada 26-cı turun oyun cədvəli
-
16:35
Azərbaycan sambo millisi 8 il sonra Avropa çempionatında qızıl medal qazandı
-
15:42
Avro-2024-ün rəsmi mahnısı təqdim olundu VİDEO
-
15:29
Teymur Rəcəbov “Şarja Masters” beynəlxalq turnirində iştirak edəcək
-
14:30
ÇL: Yeni mövsüm üçün format və oyun cədvəli
-
14:14
2 futbolçuya 4, baş məşqçiyə 2 oyunluq cəza verildi
-
13:57
AFFA dava ilə bağlı qərarını açıqladı: 10 oyun azarkeşsiz
-
13:23
AFFA “sıfırlandı” - QEYD
-
12:46
Bakıdakı Dünya Kubokunda 25 metr məsafəyə tapançadan atəş açma üzrə qaliblər müəyyənləşib
-
12:19
Baş məşqçisi Musa ilə razılaşmır
-
11:08
XXXV turun hakim təyinatları
-
10:55
ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım VİDEO
-
10:42
"Şamaxı" "Karvan"ı məğlub etdi VİDEO
-
10:27
Bu gün 5 güləşçimiz Olimpiya lisenziyası uğrunda mübarizəyə qoşulur
-
10:14
"Atalanta" Avroliqanın finalında VİDEO
-
10:00
“Qarabağ” - “Zirə” finalından öncə o oxuyacaq...