8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Elmar Baxşıyev: "Yenidən uğur qazanmaq mümkündü"

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk qarşılaşması çərçivəsində sabah Kipr “Omoniya”sını qəbul edəcək “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev oyunöncəsi mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 40 yaşlı mütəxəssis əvvəlcə komandadakı dəyişikliklərdən söz açıb.

- Çox sayda oyunçu komandanı tərk etdi. Bu, futboldu və bu vəziyyətə hazır olmalıyıq. Hər komandanın başına gələcək prosesdi. Keçmişlə yaşamaq istəmirik. Komanda yenilənib. Hazırlıq müddətində 4 oyun keçirdik. Hər oyundan oyuna istədiyi görürdüm meydanda. Ümid edirəm və inanıram ki, keçənilkindən daha yaxşı, daha iddialı olacağıq.

- Rəqibin müsbət və mənfi tərəfləri kimi hansı məqamları qeyd edərdiz?

- “Omoniya” yaxşı komandadı. Lakin rəqibdən daha çox öz komandamın oyunu məni düşündürür. İnanıram ki, ən yaxşısını edib, nəticə qaaznamağa çalışacağıq.

- Dediz komandada dəyişiklik nəzərə çarpır. Bu dəyişiklik özünü hücumda daha çox göstərəcək, yoxsa müdafiədə?

- Ümumi istəyimiz odur ki, komanda hücumda olsun. Lakin müdafiəsiz hücum olmur. Hər iki aspektdə daha yaxşı olmalıyıq. İstəyimiz sabahkı oyunda bunu meydanda göstərmək və uğur qazanmaqdı.

- “Qəbələ” kimi “Omoniya” da ölkə kubokunun qalibidi. Hansı kubok daha ağırdı?

- Bizim üçün bizim, yəqin onlar üçün öz kubokları. Amma hər şeyi kubokla dəyərləndirməzdim. Əsas odur ki, ötən mövsüm yaxşı iş gördük, yaxşı nəticə qazandıq. Amma bu, keçmişdə qaldı. Yenidən uğur qazanmaq mümkündü.

- Qeyd etdiniz ki, komanda yenilənib. Futbolçular arasında anlaşma hansı fazadadı?

- Komanda funksional olaraq hazırdı. Hər məşqdə yeniliyi hiss edirik. Məşqdən məşqə daha inamlı olur komanda. Yeni komanda olsaq da, iddiamız var, inanıram ki, komanda şəklində daha yaxşı nəticə görəcəyik.

- Bir neçə il öncə Qriqorçuka ilk avrokubok oyunundan öncə hesabla bağlı sual verdikdə 5:0 demişdi. Elmar Baxşıyevi sabahkı oyunda hansı nəticə qane edəcək?

- Qriqorçuk hörmət bəslədiyim məşqçidi. Onun dövründə “Qəbələ” uğurlu nəticələr qazandı. Lakin indiki məqamda mənim üçün əsas olan oyun keyfiyyətidi, komandamın istədiyimi verməsidi. Udmaq da olar, uduzmaq da. Komanda öz simasını qorumalıdı. İstədiyim oyunu görəndən sonra nəticələr də olacaq.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31