8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

Qurban Qurbanov Musanın "Yurqorden"dəki debütündən danışdı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oğlu Musa Qurbanlının İsveçin "Yurqorden" klubundakı ilk oyunu ilə bağlı danışıb.

Futbolxeber.az saytının məlumatına görə, təəssüratlarının pis olmadığını deyən mütəxəssis Musanın oyunu ilə bağlı 1-2 aydan sonra dəqiq danışmağın mümkün olacağını bildirib:

"Açığı, oyunu tam izləmədim. Həmin saatlarda məşqimiz var idi. Ümumi təəssüratlar pis deyil. Bu komandaya gedənədək xeyli müzakirəmiz oldu. Təkcə Musanın oyunu ilə deyil, oradakı gedişatla, klubun iş prinsipləri ilə maraqlanıram. Məncə, faydalı olmalıdır. Amma yenə də zaman lazımdır. Qarşıdakı oyunlardan, təqribən 1-2 aydan sonra dəqiq fikir bildirmək olar".

Xatırladaq ki, Musa Qurbanlının "Yurqorden"də debütü yerli çempionatda "Elfsborq"a qarşı oyunda (0:4) olub. 21 yaşlı hücumçu 58-ci dəqiqədə hesabda 0:3 geridə olduqları zaman meydana daxil olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31