8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

“Rakov”un baş məşqçisi: “Avrokuboklarda təcrübəsi böyük olan güclü rəqiblə qarşılaşacağıq”

“Rakov”un (Polşa) baş məşqçisi David Şvarqa sabah Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la keçirəcəkləri ilk oyun haqqında danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında Azərbaycan çempionunun güclü tərəflərini vurğulayıb:

“Sevinirik ki, avrokuboklarda üstünlükləri və təcrübəsi böyük olan güclü rəqiblə qarşılaşacağıq. Artıq biz də avrokubokların seçmə mərhələlərində oynayırıq. “Qarabağ” uzun müddətdir ki, konkret oyun modelində fəaliyyət göstərir. Əminəm ki, əvvəlki illərdə topladığımız təcrübə “Qarabağ”la görüşlərdə öz faydasını verəcək. Biz də “Rakov”un əsl gücünü göstərməyə çalışacağıq. DNT-mizi, keyfiyyətimizi, güclü tərəflərimizi göstərmək istəyirik. İki oyunluq mərhələdə qalib gəlmək imkanımızın olacağına inanıram”.

Şvarqa “Rakov”un bu ilin yanvar ayında Antalyada “Qarabağ”la keçirdiyi yoxlama görüşünə (3:0) toxunub: “Əlbəttə ki, “Qarabağ”la keçirdiyimiz yoxlama görüşü rəqibin keyfiyyətini görmək imkanı verdi. Lakin bu, həlledici deyildi, çünki hər iki komandanın hazırkı mövqeyi həlledicidir. Təhlillərə ehtiyac var. Bu, nəticə çıxarmağa imkan verir. Ancaq meydanda rəqabət aparanda rəqib barədə tam təsəvvür yaranır”.

Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakov” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək. Bu komandalar arasında cavab oyunu avqustun 2-də Bakıda olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31