8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

“Dinamo” Mahiri yenidən icarəyə verə bilər

Xorvatiyanın “Dinamo” klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelini yenidən icarəyə verə bilər.
 
Futbolxeber.az-ın "vecernji.hr” saytına istinadən verdiyi məlumata görə, bu, 26 yaşlı hücumçunun yay təlim-məşq toplanışındakı performansından asılı olacaq.
 
Baş məşqçi İqor Bişçan iyunun 19-da başlayacaq hazırlığa bir neçə gəncin, eyni zamanda, ötən mövsümü başqa klublarda icarədə keçirən futbolçuların cəlb edilməsini istəyib. Emreli də daxil olmaqla, bir neçə oyunçu hazırlıq dönəmində yoxlama görüşlərində baş məşqçinin etimadını doğrultmalıdır. Əks təqdirdə, azərbaycanlı forvardın yenidən icarəyə verilməsi gündəmə gələcək.
 
Baş məşqçi sınaq dönəminin sentyabra qədər davam edəcəyini bildirib. O, yeni transferlərin məhz heyətdə yer alanlardan asılı olacağını söyləyib.
 
Qeyd edək ki, Mahir Emrelinin Zaqreb təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. O, ötən mövsümün ikinci dövrəsini icarə əsasında Türkiyə klubu “Konyaspor”da keçirib.
 
Futbolxeber.az-ın teleqram kanalına abunə olun  
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31